İnsan resurslarının idarəedilməsinin əsas xüsusiyyətləri

29 May 2018
Author :  

Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı Tədbirlər Planına əsasən ATMU-da “Turizm sahəsində idarəetmə” mövzusunda maarifləndirici seminar kecirilib. Tədbiri “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev açaraq tədbirin diqqətçəkən məsələ olduğunu qeyd edib. Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov “Strateji Yol Xəritəsinin” əhəmiyyəti haqqında məlumat verərək  milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərindən birinin turizm sahəsi olduğunu vurğulayıb.Maarifləndirici seminara məruzəci kimi dəvət olunan “PMD HOSPITALITY” şirkətinin “Təhsil və İnkişaf” üzrə meneceri Fəridə Əmirova “Turizmdə İnsan Resurslarının idarəedilməsinin xüsusiyyətləri” mövzusunda cıxış edib. F.Əmirova turizmdə insan resurslarının idarəedilməsinin əsas xüsusiyyətlərini şərhi ilə bərabər, tələbələri maraqlandıran sualları da cavablandırıb.Tədbir ATMU və PMD HOSPITALITY şirkətinin birgə təşkilatçılığı ilə kecirilib.

56 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…