ATMU-da ”Məişət məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndirmə işinin təşkili” mövzusunda təlim olub.

05 İyun 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin "Xidmət mühəndisliyi" fakültəsinin  Sosial iş ixtisası üzrə təhsil alan I, II və III kurs tələbələri üçün nəzərdə tutulan ”Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndirmə işinin təşkili”mövzusunda keçirilən ikigünlük təlim başa çatıb. Adıçəkilən təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, ATMU-nun “Xidmət mühəndisliyi” fakültəsinin dekanlığı,“Beynalxalq münasibətlər” kafedrası, o cümlədən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilib. Universitetin müvafiq ixtisasında təhsil alanlar üçün nəzərdə tutulan ”Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndirmə işinin təşkili” mövzusunda iki gün davam edən təlim interaktiv şəkildə təşkil olunub.  Sonda təlimdə fəal iştirak edən 60 nəfər tələbəyə sertifikat və xatirə hədiyyələri verilib. Qeyd etməliyik ki,təlimdə “Yenu həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova, ATMU-nun “Xidmət mühəndisliyi” fakültəsinin dekanı Sevda Vəzirova,”Beynəlxalq münasibətlər” kafedrasının müdiri Kənan Allahverdiyev, müəllim Ayşəm Balayeva və tələbə kontngenti iştirak edib.

140 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…