Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının birinci sayı və xüsusi buraxılışı çapdan çıxmışdır.

05 İyun 2018
Author :  

Jurnala daxil edilən məqalələrdə turizm və mədəniyyət sahələrinin əməkdaşlıq perspektivləri, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti təminatı, ali təhsil ocaqları ilə müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasının səciyyəvi xüsusiyyətləri, Azərbaycan Respublikasında turizm - rekreasiya bazarının dövlət tərəfindən     tənzimlənməsi və dəstəklənməsi, Azərbaycanda nağdsız hesablaşmaların tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ problemi, kütləvi informasiya və   kommunikasiya vasitələrinin  beynəlxalq münasibətlər sistemində yeri və rolu araşdırılmış və tədqiqat nəticələri təhlil edilmişdir.ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki,  Universitetinin əsas  nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının eyni zamanda magistr tədqiqatlarına həsr olunan “Xüsusi buraxılış”ı çapdan çıxmışdır.  Xüsusi buraxılışda Naxçıvan Muxtar Respublikasında dağ-kurort turizminin mövcud vəziyyəti və  gələcək inkişaf perspektivləri, Azərbaycanda mehmanxana  sənayesinin inkişafı, Şəki-Zaqatala regionunda milli irs nümunələrinin qorunması və mədəni turizmin inkişaf istiqamətləri, Azərbaycanda turist marşrutlarının nəzəri əsasları, Dini turizm müəssisələrinin struktur xüsusiyyətləri, Mehmanxana sənayesində dəyər yaratma və müştəri məmnuniyyəti hissi üzrə araşdırma, İnvestisiya layihəsinin risk-menecmentinin təşkili və mərhələlərinin tədqiqinə həsr olunan araşdırma nəticələri yer almışdır. Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.

23 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…