ATMU-da Elmi şuranın iclası keçirilib

07 İyun 2018
Author :  

İyunun 4-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “ATMU-da yay  imtahan sessiyasına hazırlığın vəziyyəti”, “ATMU-da tutorların fəaliyyəti” ilə bağlı müvafiq struktur rəhbərlərinin məruzə, hesabat-çıxışlarının və cari məsələlərin daxil edildiyini diqqətə çatdırıb. Rektor I.Mədətov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bizi daha mütəşəkkil işləməyə səfərbər edir. İxisaslı kadr hazırlığını hədəfləyən ATMU kollektivindən ixtisaslı kadr kontingenti formalaşdırmaq tələb olunur. Bu məsuliyyət tələb edən işin öhdəsindən layiqincə gəlməkdən ötrü potensial qüvvələrimizin səfərbər olması başlıca şərtdir.ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva, Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov və müvafiq struktur rəhbərlərinin “Yay imtahan sessiyasına hazırlığın vəziyyəti” ilə bağlı hesabat-çıxışları ətrafında geniş fikir mübadiləsi aparılıb. Elmi şuranın gündəlikdəki cari məsələlərin - “Beynəlxalq münasibətlər” kafedrasının dosenti,hüquq elmləri namizədi Avtandil Bayramova dosent, “İctimai fənlər” kafedrasının professoru, tarix elmləri doktoru  Minaxanım Əsədovaya professor, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru  Elşən Bayramzadəyə dosent elmi adı vəsiqələrinin verilməsinə, eyni zamanda  doktorantlardan- Elvin Rəşidovun “Междисциплинарный анализ типов общения в отельном бизнесе Азербайджана” , Nəzrin Əlizadənin  “Azərbaycan Respublikasının Böyük Britaniya ilə münasibətlərində enerji təhlükəsizliyi amilinin yeri və rolu”adlı mövzu və elmi rəhbərlərinin təsdiqinə dair Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması təklifi səs çoxluğu ilə qəbul edilib.Elmi şura iclasında “Yay  imtahan sessiyasına hazırlığın vəziyyəti” və ATMU-nun tutorlarının fəaliyyəti qənaətbəxş qiymətləndirilib. 2017/2018-ci tədris ilinin yay  imtahan sessiyası müddətində planlaşdırılan vəzifələrin yüksək səviyyədə icrası üçün səylərin artırılması, dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrimizin daha fəal və səmərəli iştirakına dair təkliflərin nəzərə alınması  tövsiyyə edilib.

22 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…