ATMU inkişaf tendensiyalı planların icrasında maraqlıdır

03 İyul 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində Qazaxıstan Respublikasının Mədəniyyət və idman nazirinin müavini xanım Maynura Murzamadiyeva ilə görüş keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru İranə xanım Əliyeva hörmətli qonağa universitetin yaranma tarixi, tədris prosesinin təşkli, mövcud beynəlxalq əlaqələr sferasında inkişaf tendensiyalı planlar barədə məlumat verib.Universitetin mətbuat xidmətindən bildirilib ki, İ.Əliyeva ilə M.Murzamadiyevanın görüşündə iki ölkənin ali təhsil müəssisələri arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verilib. Görüşün digər iştirakçıları-Turizm və qonaqpərvərlik fakültəsinin dekan əvəzi Bahadur Bilalov, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və Biznes idarəçiliyi fakultəsinin dekanı Anar Mirzəyev isə rəhbəri olduqları strukturların fəaliyyətindən danışıblar. Görüş universitetə daxili tur və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

32 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…