Azərbaycan Turizm və Menecment Universitetində IX məzun buraxılışı olub

03 İyul 2018
Author :  

İyun ayının 29-da Azərbaycan Turizm və Menecment Universitetində ”Məzun-2018” adlı IX buraxılış mərasimi olub. Tədbirdə ATMU-nun rektoru İlham Mədətov məlumat verib ki, ATMU 11 ixtisas üzrə bakalavr, magistr, doktorantura və əlavə bakalavr təhsili üzrə kadr hazırlığını həyata keçirir. O vurğulayıb ki, bu il ATMU-dan məzun olan 320 nəfər məzunun 45 nəfəri magistr, 275 nəfəri bakalavr pilləsini bitirib və bununla da ATMU-dan məzun olan gənclərin sayı 189 nəfəri magistr olmaqla 2492-yə çatıb. ATMU-nun bu ilki məzunlarından 19 nəfərinin eyni zamanda Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomuna sahibləndiklərini qeyd edən rektor ümumilikdə, universitet məzunlarının 194 nəfərinin iki diploma malik olduqlarını bildirib.

İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr bu il təkcə Azərbaycanda deyil,eləcə də Türkiyə (3), İsrail (47), Çin (4), Rusiya (1), Kipr (18) turizm müəssisələrində təcrübə keçirlər. Hazırda ATMU-nun 103 tələbəsi isə 22 həftəlik istehsalat təcrübəsini uğurla davam etdirirlər və növbəti ildən tələbələrin İtaliya, BƏƏ, Küveyt, Qatar, İsveçrə, Macarıstan, Bolqarıstan və başqa ölkələrdə anoloji təcrübə proqramlarına qatılmaları üçün lazımi işlər aparılır. O qeyd edib ki, universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub. İ.Mədətov ATMU-nun əldə etdiyi nailiyyətlərin ölkə rəhbərinin diqqət və qayğısı, digər dövlət və özəl strukturların universitetimizə səmimi münasibəti nəticəsində mümkün olduğunu vurğulayaraq ATMU-ya dəstək olan bütün dostlara təşəkkür edib. Çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, əgər müstəqilliyimizin ilk illərində daha çox neft və qaz sənayesi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” haqqında fərmanında qeyd olunan digər prioritet sahələrin, o cümlədən strateji istiqamət kimi turizm sənayesinin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilib. O vurğulayıb ki, Azərbaycan dövlətinin, başda cənab Prezident İlham Əliyevin gənclərdən əsas gözləntisi ölkə iqtisadiyyatının inkişafında aktiv iştirak etməkləridir. Agentlik rəhbəri qurumun öz fəaliyyətini inkişaf etdirəcəyi prioritet sahələrdən bəhs edərək, turizm sənayesinin iştirakçılarını mərkəzləşdirilmiş əməkdaşlığa və fəaliyyətə dəvət edib. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Sevinc Hüseynova, “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin baş icraçı direktoru Karl Ennsfellner və başqaları məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər. Daha sonra məzun törənində ATMU və Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub. 2017/2018-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2017/2018-ci tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edildi

258 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…