ATMU elmi şurasının iclası keçirilib

12 İyul 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın “2017/2018-ci tədris ilinin yekunlarına və 2018/2019-ci tədris ilinə hazırlığın vəziyyəti”nə həsr edilən iclası olub. ATMU-nun rektoru Ilham Mədətov iclasın gündəliyinə struktur rəhbərlərinin hesabat-çıxışları ilə bərabər, cari məsələlərin daxil edildiyini dedi. Rektor qeyd edib ki, son illər Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən sayılan turizm sənayesində münbit şərait yaradılıb. Milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin

20 aprel 2018-ci il tarixli Sərancamı ilə Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılıb. ATMU ali təhsil müəssisəsi olaraq yüksək ixtisaslı kadr hazırlığı istiqamətindəki fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək. ATMU-nun tədris işləri üzrə prorektoru İranə xanım Əliyeva, elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov, fakültə dekanları və müvafiq struktur rəhbərləri “2017-2018-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlığın vəziyyəti” ilə bağlı çıxışları zamanı diqqətə çatdırıblar ki,universitetdə yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb. 2017/2018-ci tədris ilinin imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da imtahan qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılıb, imtahanların təşkilində və gedişatında baş verən nöqsanlar operativ aradan qaldırıib. Universitetdə qaynar xətt gün ərzində fəaliyyət göstərib. 2017/2018- ci tədris ilində universitetin bakalavr pilləsinin 1586, magistr pilləsinin 109 nəfər tələbəsi imtahanlarda iştirak edib. Bildirilib ki, 2011/2012 –ci tədris ilindən ATMU-da doktarant-dissertant hazırlığı çərçivəsində indiyədək 10 nəfər doktarant- dissertant elmi işini uğurla müdafiə edib. Daha 8 nəfər müdafiəyə buraxılıb. ATMU müəllimlərindən 4 nəfər- Azərbaycan Respulikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının fəlsəfə üzrə elmlər doktoru, 2 nəfər isə dosent diplomunu alıb.Ölkəmizin ali təhsil müəssisələri içərisində ilk dəfə ATMU-da reallaşan 14 və 22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz təkcə Azərbaycanda deyil, ötən illərdə olduğu kimi Şimali Kipr Türk Respublikasında (5 nəfər tələbə), İsraildə (47 nəfər tələbə) və cari ildə ilk dəfə Çin Xalq Respublikasında (4 nəfər), o cümlədən 106 nəfər tələbə bir sıra nüfuzlu turizm müəssisələrində təcrübə keçirlər. Növbəti ildən tələbələrin İndonesiya, Bolqarıstan, Şri – Lanka Sosialist Demokratik Respublikasında, Çexiya və başqa ölkələrdə anoloji təcrübə proqramlarına qatılmaları üçün müvafiq işlər aparılır. Çıxışlarda qeyd olunub ki, ATMU tələbələrindən 18 nəfəri Almaniyanın Yade Universitetinə yay məktəbinə göndərilib, növbəti tədris ilində daha 3 tələbənin Almaniyanın Yade universitetində tələbə mobilliyi çərçivəsində bir semestr təhsil almaq şansı var. Növbəti tədris ilindən ATMU tələbələri Avropa İttifaqının “Erasmus +” proqramı çərçivəsində Türkiyə Respublikasının Eskişehir Anadolu universitetində, Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər universitetində, İspaniya Krallığının Valladolid universitetində, Bolqarıstan Respublikasının Tsenov Biznes Akademiyasında və Rumuniya Respublikasının İoan Kusa universitetində bir semestr təhsil alacaqlar. Həmçinin ATMU tələbələri ikili işbirliyi anlaşmaları əsasında Fransa, Türkiyə, Yunanıstan, Polşa, İsveç, Macarıstan kimi ölkələrin nüfüzlu ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alacaqlar. ATMU elmi şurasının iclasında “2017-2018-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlığın vəziyyəti” qənaətbəxş hesab edildi. ATMU elmi şurasının10 iyul 2018-ci il tarixli iclasında cari məsələlər sırasında universitetin tədris işləri üzrə prorektoru, pedaqoji elmləri doktoru, dos.İranə Əliyevanın “Rus dili-Test tapşırıqları” metodik vəsaitin nəşr və adıçəkilən müəllifin digər- “Rus dili”dərsliyi (I və II hissələr), iş dəftərləri və lüğətə (I-II) tətbiq olunmuş yeniliklərin yenidən nəşrə tövsiyyə edilməsi təklifi üzv iştirakçıların səs çoxluğu ilə qəbul edildi.

255 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…