ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkanı məhdud gənclərin qonağı olublar

02 Oktyabr 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Müzeyşünaslıq ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri, o cümlədən universitetin məzun və əməkdaşları 29 sentyabr 2018-ci il tarixində Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər.Ziyarətçilər mərkəzin sakinləri ilə sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə verdiyi töhfə, ölkədaxili və beynəlxalq arenada qazandıqları uğurlar haqqında fikir mübadiləsi aparıblar. Görüş əsnasında ali təhsil müəssisəsinin təmsilçiləri Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və federasiyasının üzvləri ilə də görüşüblər. ATMU nümayəndələri idman növü haqqında ətraflı məlumatlandırılmaqla bərabər, adı çəkilən oyunda öz qüvvələrini sınayıblar. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi sakinlərinin əl işləri ilə tanışlıqdan sonra Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin hazırladıqları hədiyyələrin təqdim olunması ilə görüş başa çatıb.

43 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…