ATMU –nun kafedra müdiri tədbirdə ATMU-da tədbir

08 Oktyabr 2018
Author :  

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən, ölkəmizdə isə 1993-cü ildən qeyd edilir. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə ali təhsil müəssisəsinin kollektivini təbrik etdi. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər zərfində Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, eyni zamanda təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir dedi. Rektor İ.Mədətov diqqətə çatdırdı ki, təhsil işçilərinin fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, onların məsuliyyətini də artırır. Bu baxımdan ATMU-nun professor- müəllim heyətinin ümdə vəzifəsi ixtisaslı və peşəkar kadr hazırlığı prosesində layiqincə təmsil olunmaqdan ibarətdir. 3.10.18 tarixində Azərbaycan Dövlət Iqtisad Universitetində UNEC Rusiya İqtisadi Məktəbinin və Poltava Milli Texniki Universitetinin təşəbbüsü və təşkilatçılğı ilə  "Turizm sənayesinin idarə edilməsi" mövzusunda online- konfrans keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Marketinq”kafedrasının müdiri i.ü.f.d.dos. Elmira Qoçayeva online-konfrans iştirakçılarına “Ölkəmizin region üzrə turizm imkanlari və inkişaf tendensiyaları” barədə ətraflı məlumat verib.

19 Views
Tag :
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…