ATMU-da əlavə təhsil almaq istəyən ixtisaslı kadrların seçimi başa çatıb

10 Oktyabr 2018
Author :  

09. oktyabr 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  əlavə təhsil almaq istəyən  namizədlər üçün qəbul müsahibəsi keçirilib. Müsahibəyə qatılıan 12 İddiaçıdan 11nəfəri əsasən Maliyyə, Menecment və Biznesin idarə edilməsi ixtisaslarını seçiblər..Ali təhsil müəssisəsinin Əlavə təhsil üzrə müsahibə  komissiyanın sədri, rektor İlham Mədətov 2018/2019-cu tədris ilində ATMU-da  ikinci ixtisas üzrə təhsil almaq üçün sənəd təqdim edənlərin şəxsi işləri ilə yaxından tanış olduğunu deyib.Ölkəmizin müxtəlif ali məktəblərini uğurla bitirən mütəxəssislərin əlavə bakalavr pilləsində təhsili almaq səbəbindən müsabiqədə iştirakını müsbət dəyərləndirib. Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli diqqətə çatdırıb ki, 2018/2019-cu tədris ilində ATMU-da əlavə təhsil almaq istəyənlərin daha çox olmasına baxmayaraq, iddiaçıların sənədləri müvafiq qanunvericiliyin tələbləri əsasında qəbul edilib. Beləliklə,12 nəfər müsahibədə iştirak hüququ qazanıb.Onlardan 1 nəfər müsahibəyə gəlməyib.

82 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…