ATMU-da “Turizm sənayesinin inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilib.

12 Oktyabr 2018
Author :  

10 oktyabr 2018-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Turizm sənayesinin inkişaf etdirilməsi” mövzusunda tədbir olub. Universitetin təşəbbüsü ilə keçirilən  tədbirdə UNEC-Rus İqtisad məktəbinin direktoru dos. Mənsur Barxudarov, UNEC-Rus İqtisad məktəbinin direktor muavini i.ü.e.d., prof. Elşad Məmmədov, dos. Şəhla Hüseynova, dos., Natiq Qurbanov  iştirak ediblər.  Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru İranə Əliyeva tədbir iştirakçılarını ali təhsil müəssisəsində görməkdən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, qeyri neft sektorunun başlıca istiqamələrindən sayılan  turizm sənayesinin inkişaf etdirilməsinə alim-mütəxəssis səviyyəsində elmi münasibət bildirilməsi məhz  dövlət statuslu iki universitetin birgə əməkdaşlığına vəsilə ola bilər. Prorektor İ.Əliyeva qarşıdakı illərdə ATMU-UNEC-Rus İqtisad Məktəbi ilə adıçəkilən istiqamətdə fəaliyyətin səmərə verəcəyinə inandığını deyib. ATMU-da səmimi qarşılandıqları üçün təşəkkürünü bildirən dos. Mənsur Barxudarov rəhbərlik etdiyi UNEC Rus İqtisad Məktəbİnin fəaliyyəti, hədəfləri barədə ətraflı məlumat verib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov çıxışında turizm və iqtisadiyyat sahəsində nəzərdə tutulan layihələrin birgə işlənib hazırlanması təklifini irəli sürüb. Universitetin “Marketinq” kafedrasının müdiri Elmira Qocayeva isə tədrisin təşkili prosesində müştərək müstəvidə distant təhsil metodunun əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Təklif olunan bu yenilikdən müəyyən saatlarda ATMU-UNEC-in müvafiq ixtisas tələbələrinin bəhrələnəcəyini qeyd edib. "Biznes idarəçiliyi" fakültəsinin dekanı Anar Mirzəyev ATMU-nun idarəetmə strukturu “Marketinq” kafedrasının müəllimi Günel Teymurova müştərək layihələrin əhəmiyyəti, “Biznes idarəçiliyi" fakültəsinin dekan müavini İlahə Əliyeva isə ölkə əhəmiyyətlli tədbirlərdə tələbələrin fəal iştirakı  barədə çıxış ediblər.

21 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…