“Sənaye-universitet əməkdaşlığı: karyera, iş imkanları və perspektivlər” mövzusu üzrə panel müzakirə

29 Oktyabr 2018
Author :  

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində (bundan sonra “Strateji Yol Xəritəsi”) əks olunmuş tədbirlər planına uyğun olaraq Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) sənaye-universitet əməkdaşlığı istiqamətində tədbirlərin keçirilməsi davam edir. 24 oktyabr 2018-ci il tarixində ATMU-nun Biznes İdarəçiliyi fakültəsinin Menecment kafedrasının müəllimi Aqil Vəliyevin təşəbbüsü ilə və universitet rəhbərliyinin dəstəyi ilə “Sənaye-universitet əməkdaşlığı: karyera, iş imkanları və perspektivlər” mövzusu üzrə panel müzakirə təşkil edilmişdir. Tədbirin əsas məqsədi sənaye müəssisələri ilə ATMU arasında birbaşa əlaqənin yaradılması, tələbələrə yeni iş imkanları barədə məlumatların çatdırılması olmuşdur. Universitetin Menecment kafedrası tərəfindən təşkil olunmuş tədbir məzunların əmək bazarına çıxışının dəstəklənməsini hədəfləmişdir. Tədbiri açılış nitqi ilə başlayan ATMU-nun rektorunun müşaviri Elvin Yusifli və Menecment kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən Uğur Babayev bu tipli panel müzakirələrin keçirilməsinin vacibliyini və davamlı olaraq təşkil olunması ehtiyacını vurğuladı. Rektor müşaviri Elvin Yusifli Strateji Yol Xəritəsi barəsində və Dövlət Turizm Agentliyi tərəfindən ATMU-nun inkişafı ilə bağlı hazırlanmış strateji planla bağlı iştirakçılara məlumat verdi. O, ATMU üçün yeni inkişaf hədəflərinin bu planda öz əksini tapdığını qeyd etdi. Panel müzakirədə Abşeron hotellər qrupu timsalında Bulvar hoteli, “ABAD” təşkilatı, “REC travel” şirkəti təmsil olunmuşlar.  Tədbirdə “ABAD” təşkilatının rəhbərliyi adından çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Qəmər Bağırova mənsub olduğu təşkilatın fəaliyyət istiqamətləri barədə danışdı və tələbələrin yeni kreativ ideyalarının dəyərləndirilməsi məsələlərinə toxundu. Abşeron hotellər qrupu timsalında Bulvar hotelinin Təlim və inkişaf üzrə meneceri Səbinə Cəfərova və İnsan resursları mütəxəssisi Cəmilə Qasımova öz fəaliyyət istiqamətləri, Abşeron hotellər şəbəkəsinə daxil olan hotellər, xüsusilə də Bulvar hoteli, həmçinin mövcud iş imkanları barədə tələbələrə geniş məlumat verdilər. Daha sonra “REC travel” şirkətinin direktoru Ramiz Qafarov çıxış edərək tələbələrə turizm sahəsində sahibkarlıq fəaliyyətinə necə başlamaq yolları, şirkətin movcud iş imkanları barədə ətraflı məlumat verdi.Tədbir tələbələrin təcrübə və iş imkanları barəsində çoxsaylı suallarının qonaq təşkilatların nümayəndələri tərəfindən cavablandırılması ilə davam etdirildi.

47 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…