Şəffaflıq və obyektivlik tədrisin keyfiyyət göstəricilərinin yüksəldilməsində başlıca amilərdən biriridir

02 Noyabr 2018
Author :  

ATMU- nun rektoru, Elmi Şuranın sədri İlham Mədətov 31 oktyabr 2018-ci il tarixli iclasın gündəliyinə ATMU-nun 2018-2019-cu tədris ili ,struktur bölmələrinin illik iş planlarının müzakirəsi və təsdiqinin, o cümlədən elmi metodik şuranın fəaliyyəti ilə bağlı hesabat-məruzənin daxil edildiyini diqqətə çatdırdı. Və xüsusiilə vurğuladı ki, “Təhsildə keyfiyyətin yüksəldilməsi hər zaman başlıca məqsədimizdir. Qarşıya qoyulan hədəflərə çatmaqdan ötrü müvafiq fənn proqramları ilə bərabər, müasir təhsil metadologiyasına uyğun tədris prosesinin təkmilləşdirilməsinə nail olmalıyıq ”.Tədrisin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində həlledici vəzifələr konteksində məruzə-hesabatında Elm və inkişaf məsələləri üzrə prorerktor Anar Eminov Azərbaycan Turizm və Menecment Universitetinin 2018/2019-cu tədris ili üçün iş planında təhsilin bütün pillələrində  ixtisaslı kadr hazırlığına önəm verildiyini, müəllim faktoru ilə bərabər,inkişaf tendensiyalı təhsil-təlim-tədqiqat-təcrübənin səmərəli təşkilinin qeyd olunduğunu dedi. Adıçəkilən sənədə istinad edən A.Eminov tədrisin keyfiyyət göstəricilərinin yüksəldilməsində başlıca şərt sayılan şəffaflıq və obyektivliyin təmin olunması və universitetin beynəlxaq əlaqələr sferasında fəaliyyətini detallı şərh etdi. “Təşkilatı-Metodiki İşlər”, “Tədris-Metodiki İşlər”, ”Elmi Tədqiqat İşi”, “ATMU-da Tədbirlər”, “Beynəlxalq Əlaqələr” bölmələrinin işlənib hazırlanmasında konktret mənbələrə istinad olunduğunu dedi. Elmi şuranın 31 oktyabr 2018-ci il tarixli iclasında cari məsələlərə “Xarici dili üzrə dövlət imtahanlarının ləğv edilməsi” haqqında (“ Biznes idarəçiliyi” fakültəsi  elmi şurasının 23 oktyabr 2018 - ci il tarixli qərarı) qərara münasibət bildirildi. “Biznes idarəçiliyi” və Xidmət mühəndisliyi” fakültəsində xarici dili üzrə dövlət imtahanlarının ləğv olunmasına, “Mehmanxana və Restoran” biznesi kafedrasıının dissertantı ( "Müəssisələrin təşkili və idarə olunması" ixtisası -5311.01) Murat Aydın oğlu Yıldızsaferin alimlik dərəcəsi almaqdan ötrü müvafiq dissertasiya mövzusu və elmi rəhbərinin təsdiqi məsələsinin qəbuluna səs çoxluğu ilə qərar  verildi. O cümlədən "Turizmin inkişaf istiqamətləri" (müəlliflər kollektivi-Ə.Əlirzayev, A.Eminov, B.Bilalov. A.Mirzəyev, E.Əlirzayev, İ.Əliyeva) adlı dərs vəsaiti çapa tövsiyyə olundu.

30 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…