ATMU-nun nümayəndə heyəti EQAC layihəsi çərçivəsində Vilnüsdə növbəti təlimlərdə

07 Noyabr 2018
Author :  

Respublikamızın ali məktəbləri sırasında dünyanın nüfuzlu universitetləri və beynəlxalq qurumları ilə əməkdaşlıq müqaviləsi imzalayanlardan biri də Azərbaycan Turizm və Menecment Universitetidir. Qeyd edək ki,müvafiq əməkdaşlıq müqavilələrində ortaq elmi proqramların, konfransların təşkili ,eləcədə müəllim- tələbə mübadiləsi ilə yanaşı, tələbə mobilliyinin genişləndirilməsi məsələsidə nəzərdə tutulur. Litvanın Vilnüs şəhərində Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlimlərə ATMU nümayəndələri də qatılıblar.Təlimlərə Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində start verilib. Tədbirin növbəti mərhələsinin isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkili nəzərdə tutulub. Ali təhsildə keyfiyyət təminatı üzrə tanınan mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndənin olduğu bildirilir. “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkazlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində öz işini uğurla  davam etdirən təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsində tədris işləri üzrə prorektor, p.e.d. İranə Əliyeva, layihənin ATMU üzrə meneceri i.ü.f.d. Flora Ələsgərova, “Keyfiyyət təminatı” bölməsinin rəhbəri Simnar Mamedov təmsil edirlər. Təlimlərin təşkilində başlıca məqsəd Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması ilə yanaşı, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir.Təlimlər noyabr ayının 11-dək davam edəcək.

29 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…