Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Forumda.

07 Noyabr 2018
Author :  

Oktyabrın 30-dan noyabr ayının 4-nə kimi Çin Xalq Respublikasının paytaxtı Pekində Dünya Bankının, Çin İnkişaf Bankının və Çin Sosial Elmlər Akademiyasının müştərək təşkilatçılığı ilə 500-ə yaxın iqtisadçının qatıldığı “Yeni erada yoxsulluğun azaldılması” adlı beynəlxalq forum keçirilib. Tədbirin gündəliyinə “Dayanıqlı inkişafın təmin edilməsində mümkün islahatlar”. “Yoxsulluğun azaldılmasında xarici təcrübələr” və “Yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlıq” məsələləri daxil idi.  Müzakirələr Dünya Bankının Prezidenti Cim Yonq Kim, Beynəlxalq Valyuta Fondunun Vitse-Prezidenti Devid Lipton və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının Sədri Xose Qraziano De Silvanın rəhbərliyi ilə keçirilib. Adıçəkilən beynəlxalq forumda ökəmizi AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, Azərbaycan Turizm və Menecment Universiteti “İqtisadiyyat” kafedrasının müəllimi Əkbər Hüseynov təmsil edib. “Azərbaycanda Yoxsulluğun azaldılması istiqamətləri” mövzusuna həsr etdiyi təqdimat- çıxışı zamanı Ə.Hüseynov “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının əhəmiyyəti və büdcə xərclərinin yoxsulluğa təsirinin ekonometrik hesablamalarından çıxan nəticələrə analitik mövqe sərgiləyib.“Yeni erada yoxsulluğun azaldılması” mövzusunda keçirilən beynəlxalq forum iştirakçıları Çin hökümətinin yoxsulluğun azaldılması yolunda son on ildə gördüyü işlər və yaratdığı yeni infrastrukturlarla yaxından  tanışlıq məqsədilə ölkənin Şenzen, Honq-Konq Şanxay, Zuanqzou şəhərlərində olublar.Qeyd edək ki, Əkbər Hüseynov ÇXR-da 2016-cı ildə keçirilən “Gənc tədqiqatçıların iqtisadi məsələlər üzrə beynəlxalq seminar”da , ötən il “Bir kəmər - bir yol (One belt one road)” ölkələrinin iqtisadi inkişaf və enerji təhlükəsizliyi əməkdaşlığı” adlı beynəlxalq konfransda iştirak edib.

185 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…