ATMU elmi şurasının iclası olub

29 Noyabr 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) elmi şurasının iclası keçirilib.  ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “ATMU-da elmi tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında” məruzənin daxil edildiyini qeyd edib. Rektor diqqətə çatdırıb ki, ali təhsil müəssisəsi təhsil,tərbiyə,ixtisasartırma,elm və mədəniyyət mərkəzi kimi bir sıra vəzifələri yerinə yetirir.Mütəxəssis hazirlanmasinin tərkib hissəsi sayilan fundamenlal,metodiki,tətbiqi elmi tədqiqat işlərinin icrasını da başlıca məqsəd kimi dəyərləndirir. Universitetin “Elm və innovasiya” şöbəsinin müdiri Nəsrullah Nəsirli elmi şuranın gündəliyinə daxil edilən adıçəkilən məruzəsində “ali təhsil müəssisəsinin professor-müəllim heyəti ATMU-nun rektoru tərəfindən təsdiq olunan ştata əsasən iş günü müddətində tutduqları vəzifədən,tədris planından və elmi tədqiqat planından irəli gələn tədris,tədris metodiki və elmi tədqiqat işlərinin bütün növlərinin məcburi yerinə yetirilməsinə cavabdeh,eyni zamanda ali təhsil müəssisələrinin keyfiyyət təminatı siyasəti tədqiqat,təlim və tədris arasında əlaqəni əks etdirdikdə və ali məktəbin fəaliyyət göstərdiyi milli,instusional konteksli və strateji yanaşmanı nəzərə aldıqda daha səmərəli olduğunu deyib. Qeyd edilən amillər “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsində”,”Ali təhsil müəssisələrində elmi tədqiqat işlərinin təşkili və planlaşdırilması haqqında Əsasnamə”nin müvafiq bəndlərində təsbit olunub.Bildirilib ki,yola salmağa hazırlaşdığımız tədris ilində 60 elmi tədqiqat işi uğurla başa çatıb. N.Nəsirli tərəfindən elm tədqiqat işlərinin həm kəmiyyət ,həm də keyfiyyətinə təsir edə biləcək bir sıra təklliflər irəli sürülüb.Elmi şuranın iclasında qərara alınıb ki, “ATMU-da  elmi tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti” haqqında məruzə qənaətbəxş qiymətləndirilsin. İrad, təklif və tövsiyyələr nəzərə alınmaqla qısa müddətdə aradan qaldırılsın.Elmi şuranın 27 noyabr 2018- ci il tarixindəki  iclasında ATMU-nun rektoru, ”Beynəlxalq münasibətlər” kafedrasının müəllimi,tarix elmləri namizədi İlham İsa oğlu Mədətovun dosent vəzifəsinə təyin edilməsi haqqında, ATMU-nun prorektoru, “Dillər” kafedrasının dosenti,pedaqogika üzrə elmlər doktoru İranə Məmməd qızı Əliyevaya professor elmi adı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında, ATMU “İctimai fənlər”kafedrasının dosenti,tarix üzrə elmlər doktoru Zülfüqar Paşa oğlu Məhərrəmlinin professor vəzifəsinə təyin edilməsi haqqında, nəşrə tövsiyyə olunmağa təqdim edilən dərs vəsaitləri,metodiki göstərişlər və kitablar haqqında cari məsələlərin qəbulu qərara alındı.

30 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…