“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü sayı çapdan çıxıb

03 Dekabr 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü sayı çapdan çıxıb. Jurnala daxil edilən məqalələrdə sağlamlıq sahəsinə investisiya qoyuluşlarının təhlili, ölkə mehmanxanalarında işçilərin mədəniyyət fərqlərinin yaratdığı konfliktlər, iqtisadiyyata xarici investisiyaların cəlb edilməsində azad iqtisadi zonaların rolunun təhlili və qiymətləndirilməsi, UNESCO abidələrinin tanıdılmasında inteqrasiya olunmuş marketinq kommunikasiyaları modelinin qurulması, XX əsrin sonlarında beynəlxalq münasibətlərin əsas istiqamətləri, XX əsrin birinci rübündə böyük Britaniyanın Cənubi Qafqazda ticari-iqtisadi və siyasi maraqları,  mədəniyyətlərarası kommunikasiya müasir cəmiyyətin əsas elementi kimi araşdırılmış və tədqiqat nəticələri təhlil edilib. Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.

19 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…