ATMU ikili diplom layihələrinin reallaşmasında maraqlıdır.

20 Dekabr 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universiteti,o cümlədən ATMU-nun beynəlxalq əlaqələr şöbəsi təhsil,tələbə-müəllim mübadiləsi,təcrübə və peşəkar kadr hazırlığı prosesinə təkan verən əməkdaşlıq niyyətlərinin reallaşmasında hər zaman maraqlıdır. Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Mövlanə Mübadilə proqramına uyğun olaraq  ali təhsil müəssisəsinin tələbələri yeni yaranan əməkdaşlıq sayəsində Türkiyə Respublikasının Ankara, Hacettepe, İstanbul və Düzcə universitetlərində turizm, biznes idarəçiliyi, qida mühəndisliyi, müzeyşünasliq və nəqliyyat servisi ixtisasları üzrə təhsil ala biləcəklər. Məlumatda həmçinin xüsusi vurğulanır ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU Erasmus+ beynəlxalq təhsil proqramı çərçivəsində Türkiyə Respublikasının Gelişim universiteti ilə də əməkdaşlıq edəcəkMəlumdur ki, ATMU beynəlxalq əlaqələr sferasında yeni əməkdaşlıq çevrəsini genişləndirməklə bərabər, beynəlxalq hədəflər platformasında ikili diplom layihələrinin həyata keçirilməsini başıca istiqamətlərdən biri kimi dəyərləndirir 

396 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…