“Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılması perspektivləri” adlı Respublika elmi-praktiki konfrans

24 Dekabr 2018
Author :  

Ölkənin təhsil məkanında özünəməxsus yer tutan Azərbaycan Turizm və Menecment Universiteti kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqatların aparılmasına, respublikamızda, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin vaxtaşırı fikir mübadiləsinə cəlb edilməsinə xüsusi önəm verir. İndiyədək adıçəkilən istiqamətdə 200 konfrans təşkil edən  ATMU daha bir elmi konfransa ev sahibliyi edib. Dekabrın 22-də ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılmasının perspektivləri” adlı növbəti  Respublika elmi-praktiki konfransı keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Turizm və Rekreasiya Zonaları Haqqında Nümunəvi Əsasnamə”nin müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Xızı-Xaçmaz, Quba, Qusar regionlarında turizm-rekreasiya zonalarının yaradılması haqqında” qərar qəbul edib.Ali təhsil müəssisəsi olaraq ixtisaslı kadr hazırlığını hədəfləyən ATMU, eyni zamanda elmi-nəzəri- təcrübi əhəmiyyətli tədqiqatların uğurlu həllinə də ciddi səy göstərir.Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi Elvin Yusifli elmi məclisin işinə uğurlar arzuladı. Həmçının diqqətə çatdırdı ki, 2018-ci ilin aprel ayında ölkə Prezidentinin Sərəncamı ilə yaradılan Dövlət Turizm Agentliyinin rəhbərliyi başda olmaqla, müvafiq bölmələrin əməkdaşları ölkəmizdə turizmin elmə söykənən inkişafında maraqlıdırlar. Bu baxımdan ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılması persprktivləri”adlı konfransın keçirilməsini müsbət dəyərləndirmək lazımdır.Plenar iclasda Gəncə Dövlət Universitetinin dosenti,  i.e.d. Arzu Həsənov “Gəncə-Qazax turizm regionunun yaradılması və inkişafının nəzəri-metodoloji əsaslandırılması: klaster siyasəti” və AMEA H.Əliyev adına Coğrafiya İnstitunun şöbə müdiri Zaur İmraninin “Şimal bölgəsinin turizm və rekreasiya ehtiyatlarının potensial imkanları və rayonlaşdırılması” mövzusunda məruzələri maraqla dinlənildi.Öz işini bölmələr üzrə davam etdirən tədbirin gündəliyinə 18 təşkilatdan (ali məktəblər, elmi-tədqiqat institutları və s.)  qatılan alim və tədqiqatçıların turzimin müxtəlif sahələrinə dair 65 məruzəsi daxil idi. Onu da qeyd edək ki, fikir mübadiləsi şəraitində keçən tədbirdə ölkəmizin digər regionlarında turizm-rekreasiya zonalarının yaradılmasını şərtləndirən bir sıra amillərə də diqqət ayrılıb. Sonda iştirakçılara sertifikatlar təqdm olunub.

275 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…