ATMU-da elmi şuranın iclası keçirilib

04 Yanvar 2019
Author :  

26 dekabr 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru Ilham Mədətov iclasın gündəliyinə “Qış imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr”,həmçinin “İstehsalat təcrübələrinin təşkili haqqında”məruzələrin daxil edildiyini dedi. Universitetin “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Anar Hümbət oğlu Fərmayılovun ,” “Dillər” kafedrasının baş müəllimi, pedaqoji elmlər namizədi Xumar Davud qızı Vahabovanın dosent vəzifələrinə təyin edilməsi, Ümumi iqtisadiyyat ixtisasında qiyabi təhsil alan doktorant Sənan İsfəndiyar oğlu Əliyevin elmlər doktoru proqramı üzrə   " Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin institutsional tənzimləmə sisteminin inkişaf istiqamətləri"adlı dissertasiya mövzusunun təsdiq edilməsinin cari məsələlərdən olduğunu bildirib.Universitetin Tədris işləri üzrə prorektoru Hüseyn Həsənov məruzəsində qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bizi daha mütəşəkkil işləməyə səfərbər edir. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün təhsil-tədris-təcrübə- təlim modelini ali təhsil müəssisəsi olaraq başlıca hədəf kimi dəyərləndiririk.Bu bir faktdır ki, keyfiyyətli təhsil və peşəkarlığın təmin olunmasında təcrübə semestrinin məqsədəuyğun təşkili ixtisaslı kadr hazırlığında başlıca göstəricilərdən sayılır.Elmi şura üzvlərinə bildirim ki, 2018/2019- cu tədris tədris ilində qış imtahan  sessiyasının  mütəşəkkill təşkili məqsədilə akademik təqvimə müvafiq “Turizm və qonaqpərvərlik” fakültəsində bakalavr təhsili üzrə ümumilikdə 164 imtahan-131 yazılı, 26 təqdimat, İnformatika fənnindən 7 imtahan isə yazılı-təqdimat, magistr təhsili üzrə 74 imtahandan 53-ü yazılı, 20-i təqdimat, “Biznes idarəçiliyi” fakültəsində bakalavr təhsili üzrə 168 imtahandan 108-i yazıllı, 61-i təqdimat, magistr təhsili üzrə 51 imtahandan 15-i yazılı, 36-ı təqdimat , “Xidmət mühəndisliyi” fakültəsində bakalavr təhsili pilləsində140, magistr təhsili üzrə 88 imtahan yazılı olacaq. Dekanlıqlar tərəfindən  fənn və qruplara ğörə “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib.Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə Apellyasiya komissiyası fəaliyyət göstərəcək.Tədris-metdodiki şöbənin mütəxəssisi Elnurə Əliyeva çıxışında. qeyd edib ki, “2017/18-ci tədris ilində 125 nəfər tələbədən 61 nəfəri ölkə xaricində (İsrail, Türkiyə,Çin, Rusiya, ABŞ, ŞKTC) 64 nəfər tələbə isə Azərbaycanın şəhər və rayonlarında (Bakı, Qəbələ, Quba) istehsalat təcrübəsi keçib.Azərbaycan Turizm və Menecment Universitetində tədris proqramına uyğun olaraq 2018/2019-cu tədris ilində II kursda təhsil alan 92 magistr-tələbə (tələbə adlandırılacaq) 4 həftəlik elmi-tədqiqat təcrübəsində olub.İndiyədək 92 magistr tələbədən 84 nəfərin elmi tədqiqat təcrübəsinin yekun nəticəsi komissiya tərəfindən müsbət qiymətləndirilib.Bundan başqa təcrübə yerlərinin müəyyənləşdirilməsi üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sayəsində 2018/2019-cu tədris ili üzrə 14 həftəlik təcrübə proqramından 210 tələbə, 22 həftəlik təcrübə proqramından isə144 tələbə faydalana biləcək.2018/2019-cu ildə universitetin 55 nəfər tələbəsi İsraildə, 3 nəfəri Çində, 8 nəfəri Şimali Kipr Türkiyə Cumhuriyyətində, 11 nəfəri isə Bolqarıstanda istehsalat təcrübəsində olacaq.Elmi şura üzvlərinin yekdil qərarı iləTədris işləri üzrə prorektor Hüseyn  Həsənovun “Qış imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında” və ”Tədris metodiki” şöbənin əməkdaşı Elnurə Əliyevanın ”İstehsalat təcrübələrinin təşkili haqqında” məruzələri irad və təkliflər nəzərə alınmaqla qənaətbəxş qiymətləndirilib. Yuxarıda qeyd olunan cari məsələlərin qəbuluna yekdilliklə səs verilib.

219 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…