ATMU-da 2018/2019- cu tədris ilinin qış imtahan sessiyası

10 Yanvar 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası başlayıb. Rektor İlham Mədətov dekanlar, müəllimlər, tütorlarlar və nəzarətçilərlə görüşündə imtahanların şəffaf keçiriləcəyini, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağını bildirib. Ali təhsil müəssisəsində imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu, o cümlədən araşdırılması məqsədilə qərargah, onun nəzdində “Qaynar xətt”in yaradıldığını diqqətə çatdırıb. ATMU-dan verilən məlumatda bidirilir ki, akademik təqvimə müvafiq “Turizm və qonaqpərvərlik” fakültəsində bakalavr təhsili üzrə ümumilikdə 164 imtahan-131 yazılı, 26 təqdimat, İnformatika fənnindən 7 imtahan isə yazılı-təqdimat, magistr təhsili üzrə 74 imtahandan 53-ü yazılı, 20-i təqdimat, “Biznes idarəçiliyi” fakültəsində bakalavr təhsili üzrə 168 imtahandan 108-i yazıllı, 61-i təqdimat, magistr təhsili üzrə 51 imtahandan 15-i yazılı, 36-ı təqdimat , “Xidmət mühəndisliyi” fakültəsində bakalavr təhsili pilləsində 140, magistr təhsili üzrə 88 imtahan yazılı olacaq. Dekanlıqlar tərəfindən fənn və qruplara görə “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib.Azəbaycan Turizm və Menecment Universitetində 1688 nəfər bakalavr və magistrantın iştirak etdiyi qış semestr imtahanları fevral ayının 2-nə kimi davam edəcək. Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərəcək. Qeyd edilən dövrdə valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçiriləcək.

172 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…