ATMU-da Elmi şuranın iclası keçirilib

25 Fevral 2019
Author :  

22 fevral 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov Elmi şuranın katibi vəzifəsinin s.ü.f.d. Aynur Bağırlıya həvalə edilməsi, “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” (məruzəçi Tədris işləri üzrə prorektor Hüseyn Həsənov), “Marketinq” kafedrasının fəaliyyəti haqqında (məruzəçi Elmira Qocayeva), o cümlədən “İngilis dili” kafedrasının müəllimi Nigar Həbibullayevanın bakalavriatura səviyyəsində “Tərcümə” ixtisası üzrə təhsil alanlar üçün “Şifahi tərcümə” adlı fənn proqramının çapa tövsiyyəsi, saathesabı qaydada tədris aparan müəllimlərin əmək haqlarının iki dəfə artırılması və sair məsələləriin iclasın gündəliyinə daxil edildiyini diqqətə çatdırıb.Universitetin Tədris işləri üzrə prorektoru Hüseyn Həsənov məruzəsində qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bizi daha mütəşəkkil işləməyə səfərbər edir. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün təhsil-tədris-təcrübə-tədqiqat- təlim modelini ali təhsil müəssisəsi olaraq başlıca hədəf kimi dəyərləndiririk.Elmi şura üzvlərinə bildirim ki,     2018/2019-cu tədris ilinin qış imtahan sessiyasında bakalavriatura pilləsi üzrə ümumilikdə 1660 tələbə, magistr pilləsi üzrə isə 225 iştirak edib.Qış imtahan sesiyası zamanı 508 imtahandan112-si dinləmə, 396-sı isə yazılı olub. Bakalavr səviyyəsində 333 , magistr  səviyyəsində 175 imtahan keçirilib.İmtahanların təşkili və gedişatı barədə “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Bahadur Bilalov,”Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev və “Xidmət mühəndisliyi” fakültəsinin dekan müavini Sevda Vəzirova hesabat- çıxışlarında ətraflı məlumat verəcəklər.Məlumat üçün bildirim ki,imtahanların şəffaf və düzgün təşkilinə baxmayaraq təbii ki, yekunda nəticələrdən narazı qalan tələbələr də olub. Yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə  apellyasiya komissiyası yaradılıb.Apeliyasiya komissiyasına 335 ərizə daxil olub. Yalnız 95 nəfərin imtahan nəticəsi əlavə balla qiymətləndirilib.Tədris-metodik şöbə tərəfindən ümumilikdə 82 qayda pozuntusu aşkarlanıb.Elmi şura iclasında “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” Tədris işləri üzrə prorektor Hüseyn Həsənovun məruzəsi təklif və tövsiyyələr nəzərə alınmaqla qənaətbəxş hesab olunub.“İngilis dili” kafedrasının müəllimi Nigar Həbibullayevanın “Tərcümə” ixtisasının bakalavriatura səviyyəsində oxuyan tələbələrdən ötrü hazırladığı “Şifahi tərcümə” adlı fənn proqramı çapa tövsiyyə  edilib. İclasda Elmi şuranın katibi vəzifəsi 3 (üç) ay müddətinə ictimai əsaslarla s.ü.f.d. Aynur Bağırlıya həvalə olunub.

101 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…