“Startapa necə başlamalı:iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq

25 Fevral 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “ALMA Consultinq” mütəxəssislərinin, adıçəkilən  ali təhsil müəssisəsinin müvafiq struktur rəhbələrinin və tələbələrin iştirakı ilə “Startapa necə başlamalı:iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirilib.Tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov biznesə başlamanın hüquqi tərəfləri, hüquqi şəxslərin bir prosedurla online dövlət qeydiyyatından keçmə imkanlarından danışıb. “Enterprise Azərbaycan” portalının koordinatoru Oruc Dursunzadə tələbə və iştirakçıları portal  üzərindən biznesə başlamanın üstünlükləri, səmərəsi barədə məlumatlandırıb. Tədbirin digər iştirakçısı- “ALMA Consultinq” şirkətinin  direktoru Habil Əhmədovun “Consulting xidmətləri” haqqında məlumatı da maraqla dinlənilib.”Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq tədbir iştirakçılarının çoxsaylı sualları ilə başa çatıb.Tədbirdə ATMU-nun “Elm və ikişaf məsələləri” üzrə prorektoru İranə Əliyeva, rektor müşaviri Elvin Yusifli,”Elm və İnnovasiya”şöbəsinin müdiri Nəsrullah Nəsirli iştirak ediblər.

İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…