“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dördüncü sayı çapdan çıxıb

05 Mart 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dordüncü sayı çapdan çıxıb. Jurnala daxil edilən məqalələrdə piyada turizmində texniki hazırlığın model göstəriciləri, İslami və dini turizmin mənşəyi və əhəmiyyəti, aktivlərin birja qiymətlərinin tədqiqi və proqnozlaşdırılması,”Qədim İpək yolunun bərpası” layihəsinin reallaşması prosesində Heydər Əliyevin rolu, UNESCO mədəni irsinə daxil edilmiş Qobustan qoruğunun marketinqinin təhlili, ixrac potensialının qida təhlükəsizliyinə təsirinin iqtisadi qiymətləndirilməsi,  Azərbaycanda aviadaşımaların iqtisadi inkişafa təsiri, qlobal miqrasiya tarixində yeni tendensiyalar: proseslərin tənzimlənməsində siyasi və hüquqi problemlər, Gəncənin tarixi-dini abidələrinin tolerant dəyərlərin və multikulturalizm mühafizəçisi kimi tədqiqinin əhəmiyyəti, Azərbaycan televiziyasında əsas üslub modelləri araşdırılmış və tədqiqat nəticələri təhlil edilib.Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.

40 Views
Tag :
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…