ATMU və Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universiteti ikili diplom proqramında maraqlıdır

07 Mart 2019
Author :  

Finlandiya Respublikasının Kajaani şəhərində ”Erasmus+” proqramı çərçivəsində ”Beynəlxalq həftə” adlı tədbir keçirilib. Bildiyiniz kimi beynəlxalq təhsil proqramında müxtəlif ölkələrin universitetləri müvafiq istiqamətlər,o cümlədən də tələbə-müəllim mübadiləsində maraqlıdırlar. Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa müxbirimizə bildirib ki, ATMU Kajaani Tətbiqi Elmlər Universiteti ilə 4 ildən çoxdur ki, adikeçən beynəlxalq təhsil proqramı çərçivəsində əməkdaşlıq edir. Bu il fevralın 23–dən martın 1-ə kimi fəaliyyət göstərən beynəlxalq tədbirin əsas qayəsi isə müxtəlif ali təhsil müəssisələri arasında səmərəli əməkdaşliq, ”Erasmus+” proqramı cərcivəsində yeni cagırıs ilinin müzakirəsi ilə bərabər, beynəlxalq tələbə layihələrinin səmərəli təskilindən ibarət idi. O.Musanın bildirdiyinə görə 2016- cı ildən bugünədək ATMU ve KAMK tələbələri Azərbaycan və Finlandiyada kənd turizminin tədqiqi və araşdırılması istiqamətində muxtəlif layihələr həyata keciriblər. Hər iki  ölkədə yay məktəbləri təşkil olunub. ATMU-nun 8 nəfər tələbəsi ”Erasmus+” beynəlxalq təhsil proqramından yararlanmaqla tərəfdaş universitetdə təhsil alıb.Onu da qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti və KajaaniTətbiqi Elmlər Universiteti müvafiq ali təhsil müəssisələrinin fəaliyyət strategiyasına uyğun olaraq  ikili diplom proqramının tezliklə gerçəkləşməsinə qərar veriblər.  

28 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…