ATMU- Sənaye əməkdaşlığı çərçivəsində növbəti tədbir

12 Mart 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  adıçəkilən ali təhsil müəssisəsinin  “Biznes idarəçiliyi” fakultəsi İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Müəssisələrdə daxili audit funksiyasının rolu, reallıqlar və yeni çağırışlar” mövzusunda seminar keçirilib. Sənaye nümayəndələri ilə əməkdaşlığı şərtləndirən növbəti tədbirdə AFB Bank ASC-nin məsul nümayəndələri-Audit Komitəsinin sədri Şadiyyə Amanova, Baş auditoru Əlibala Ağayev və Auditor Murad Əliyev iştirak ediblər. Seminarda “Daxili Audit üzrə Beynəlxalq Standartlar və Etik Məcəllə”, “Daxili audit tapşırıqlarının əhatə dairəsi və tətbiq sahələri”, “Müasir dövrdə audit tapşırıqlarının aparılmasına tələblər və istifadə edilən alətlər”, “Fırıldaqçılıq halları,başvermə səbəbləri və aşkar olunmasında daxili auditin rolu”, “Daxili audit tapşırıqlarının icrası zamanı və daxili audit fəaliyyətinin səmərəliliyinin artırılmasında İT-nin praktik rolu” və sair mövzularda söhbət-müzakirə aparılıb.Tədbir iştirakçıların geniş fikir mübadiləsi şəraitində başa çatıb.

120 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…