Zorakılığa “Yox” deyək – ailəmizi qoruyaq

14 May 2019
Author :  

7 may 2019 – ci il  tarixində ATMU-da xidmət mühəndisliyi fakültəsinin təşkilatçılığı və “Yeni Hayat“ Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşəbbüsü ilə universitetin sosial  iş ixtisasında təhsil alan tələbələrin maarifləndirilməsi məqsədilə “Ailə münasibətləri, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu və ailə zorakılığı” mövzusunda seminar təşkil olunub. Geniş fikir mübadiləsi şəraitində keçən seminarda uşaq şəxsiyyətinin formalaşması və gənc nəslin tərbiyəsində ailənin roluna aydınlıq gətirilib. Bildirilib ki, həyatın təməl prinsipi sayılan ailələrdə qarşılıqlı hörmət və anlayışlı davranış cəmiyyətin mənəvi sağlamlığında öz əksini tapır. Fiziki, psixoloji və iqtisadi – sosial  zorakılıq halları təkcə ailələrin dağılması ilə nəticələnmir, eyni zamanda yetişməkdə olan gənc nəsildə natamamlıq kompleksi yaradır. Bu baxımdan sağlam təməl üzərində qurulan və inkişaf edən ailələrin davamçıları cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşır – desək heç də yanılmarıq.Tədbirdə layihə rəhbəri Nailə İsmaylova, psixoterapevt Afət Əkbərli, dekan müavini, dosent Sevda Vəzirova, tyutor Gülnar Zeynalova, müvafiq kafedranın müəllimləri  və ixtisas tələbələri iştirak ediblər.

108 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…