Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi “Tələbə Baharı” XII Ümumrespublika yaradıcılıq festivalında I yerə layiq görüldü

14 May 2019
Author :  

Cari ilin 2-3 aprel tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən  təşkil olunan “Tələbə Baharı” XII Ümumrespublika yaradıcılıq festivalında Azərbaycan Turizm və Menecment Universiteti biznes idarəçiliyi fakültəsinin tələbəsi Nadir Rüstəmli “pop” nominasiyası üzrə I yeri tutub.1 may 2019-cu il tarixində qaliblərə, o cümlədən Nadir Rüstəmliyə adıçəkilən tədbirin diplomu təqdim olunub. N.Rüstəmli ”Tələbə Baharı” XII Ümumrespublika yaradıcılıq festivalında pop janrında dahi Azərbaycan şairi Nəsimiyə həsr etdiyi ifası ilə təmsil olunub. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, cənab İlham Mədətov festival qalibi Nadir Rüstəmliyə təhsildə uğurlar, gözəl  ifası ilə insanlara  xoş ovqat bəxş etməyi arzulayıb.

İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…