ATMU-da “Azərbaycanda startup bazarı və onun müasir vəziyyəti” mövzusunda tədbir oldu

29 May 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsi iqtisadiyyatkafedrasının təşkilatçılığı və “startup”  layihələrinin ilkin müəlliflərindən və yaradıcılarından - “Technote” MMC-nin təşəbbüsü ilə ali tahsil müəssisəsində  “Azərbaycanda stratup bazarı və onun müasir vəziyyəti” mövzusunda tədbir keçirildi. Tədbirdə innovativ inkişafın (o cümlədən startup fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyatı üzrə mövcud vəziyyətlə bağlı geniş disskusiya xarakterli debat aparıldı. “Techcrunch” kimi nəhəng firmaların texnologiya, biznes, sahibkarlıq və rəqəmsal ekosistemlərdə aparılan əməliyyatlardan  danışıldı. Qlobal bazarda baş verən ən son xəbərləri “Braking News” olaraq əldə edə bilmək imkanları təhlil edildi. Mütəxəssislər tərəfindən innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının öyrədilməsi və təbliği, o cümlədən son 5 ildə Azərbaycanda “startup” bazarının mövcud və müasir vəziyyəti, “startup” layihələrinə cəlb edilən investisiyalar və investorlar barədə təhlillərin aparılması istiqamətində dəyərli fikirlər səsləndirildi. Eyni zamanda elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsi ilə bağlı istiqamətlərə aydınlıq gətirildi. “Azərbaycanda stratup bazarı və onun müasir vəziyyəti”mövzusunda keçirilən tədbirdə ATMU-nun biznes idarəçiliyi fakültəsinin müvafiq ixtisas üzrə təhsil alan tələbələri iştirak ediblər.

149 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…