ATMU-da yay imtahan sessiyası davam edir.

21 İyun 2019
Author :  

2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində imtahan qərargahı yaradılıb. Qərargaha rektor İlham Mədətov, Milli Məclis üzvü Musa Qasımlı, KİV nümayəndələri və valideynlər daxildir.

ATMU-da 2018/2019–cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləmək məqsədilə keçirilən “Açıq qapı” da ali təhsil müəssəsəsinin rektoru İlham Mədətov iştirakçıları salamladıqdan sonra “elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi olmaq üçün oxumağın başlıca meyar olduğunu” diqqətə çatdırdı. “Uşağın qabiliyyəti, bacarığı nəyə çatarsa və istəyi nəyə olarsa, onu o sahəyə yönləndirməyin faydalı olduğunu” dedi.

ATMU-nun rektoru bildirdi ki, imtahanlarda səffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün qərargaha daxil olan hər bir şikayət, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ aradan qaldırılır. Qərargahın qaynar xətti 24 saat açıqdır.

Ümumi tanışlıqdan sonra tədbirdə iştirak edən universitetin rəhbərliyi, millət vəkili, valideynlər, müəllim və nəzarətçilər imtahanların gedişini izləmək üçün imtahan zalına daxil oldular.

ATMU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası iyulun əvvəlində başa çatacaq. Ali təhsil müəssisəsində Turizm və qonaqpərvərlik, Biznes idarəçiliyi və Xidmət mühəndisliyi fakültələri fəaliyyət göstərir.

269 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…