Azərbaycan və Özbəkistanının Turizm universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb

02 İyul 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Özbəkistan Respublikasının Baş Nazirinin müavini Əziz Abduxakimov arasında görüş keçirilib.

Görüş çərçivəsində tərəflər arasında turizm sektorunda görülən işlər, problemlər və gələcək planlar haqqında müzakirələr aparılıb.

Əziz Abduxakimov bildirib ki, Özbəkistan MDB ölkələr sırasında Gürcüstandan sonra vizasiz rejimə görə ikinci yerdə dayanır. Müavin, həmçinin təhlükəsizlik məsələlərinə də toxunub. Qeyd edib ki, ölkəsinin dörd əsas şəhərində turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə turist polisi yaradılıb. Qonşu ölkələrlə problemləri olmadığını söyləyən Ə.Abduxakimov Özbəkistanın dünyanın təhlükəsiz ölkələri sırasında dayandığını vurğulayıb.

Fuad Nağıyev öz növbəsində Azərbaycanda turizm sektorunda görülən işlərdən danışıb. Qeyd edib ki, ötən ildən Turizm Agentliyi müstəqil qurum kimi fəaliyyətə başlayıb. Hazırda bu qurumun tabeçiliyində ATMU, Milli Kulinariya Mərkəzi, bir neçə tarixi məkan fəaliyyət göstərir. Hazırda Avstriyanın turizmlə bağlı təhsil ocaqlarının birinin Bakıda açılması ilə bağlı danışıqlar aparılır. Ötən il ölkəyə iki milyondan artıq turist gəldiyini söyləyən F.Nağıyev tək “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 20 min turistin ziyarət etdiyini bildirib. Qeyd olunub ki, prioritet turist axını olan ölkələr Rusiya, Gürcüstan və İrandır.

ATMU-nun rektoru İlham Mədətov görüş iştirakçılarına universitetin fəaliyyət tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlər barəsində ətraflı məlumat verib.

Görüş çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti və Özbəkistan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İpək Yolu Turizm Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

55 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…