ATMU-da elmi şuranın iclası keçirilib

24 İyul 2019
Author :  

İyulun 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov bildirib ki, iclasın gündəliyinə “ATMU-da 2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti” (məruzəçi Tədris-metodik şöbənin müdiri S.Mamedov) və “Xidmət mühəndisliyi” fakültəsinin bundan sonra “Sosial menecment” fakültəsi adlandırılması,cari məsələlərdən- ATMU-nun əsas elmi nəşri sayılan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi, i.ü.f.d.,Fərhad Pənahov və i.ü.f.d,dos. Elmira Qocayevanın “Marketinqin müasir problemləri” (magistratura pilləsi) və “Menecment” kafedrasının müəllimi Yasəmən Abasovanın ”Strateji menecment” (bakavariat pilləsi) adlı fənn proqramlarının çapa tövsiyyəsi, eyni zamanda müxtəlif kafedra əməkdaşlarının müzakirəsindən sonra elmi şuraya təqdim edilən doktorantların dissertasiya mövzuları və  elmi rəhbərlərinin təsdiqi üçün Əlaqələndirmə Şurasına tövsiyə olunması daxildir.Rektor İ.Mədətov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi vaxtdan ölkə vətəndaşlarının sosial müdafiəsi istiqamətində ardıcıl fəaliyyət strategiyası ümumtəhsil, peşə təhsili və ali təhsil müəssisələri işçilərinin həyatında da özünü təsdiqləyib. Azərbaycan Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı qeyd edilən fəaliyyət istiqamətinin əhəmiyyətli davamıdır. ATMU-nun Tədris-metodik şöbənin müdiri Simnar Mamedov “2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti haqqında” məruzəsində qeyd edib ki, cari tədris ilində ATMU-da bakalavriat səviyyəsi üzrə 330, magistratura səviyyəsi üzrə 155 imtahan keçirilib. Bunlardan “Turizm və qonaqpərvərlik” fakültəsində 97 bakalavr, 48 magistr, “Biznes idarəçiliyi” fakültəsində 125 bakalavr, 60 magistr, “Xidmət mühəndisliyi” fakültəsində isə 108 bakalvr və 47 magistr imtahanları keçirilib. Ümumilikdə, bakalavriat səviyyəsi üzrə 1538 tələbə, magistratura səviyyəsi üzrə 204 tələbə imtahanlarda iştirak edib. Yekun imtahanların nəticəsi olaraq bakalavr tələbələrindən 72 , magistr tələbələrindən isə 39 nəticə  A (91-100 bal üzrə) səviyyəsində qiymətləndirilib. ATMU-da 2018/2019-cu tədris ilində  62 nəfər buraxılış işinin müdafiəsində, 206 nəfər dövlət imtahanında iştirak edib. Onlardan 190 bakalavr, 80 magistr məzun adını qazanıb.İclasın gündəmindəki “ATMU 2018/2019-cu dərs ilinin yekunları və yeni  tədris ilinə hazırlığın vəziyyəti haqqında” hesabat-məruzə “Elm və inkişaf məsələləri” üzrə prorektor İranə Əliyeva, struktur rəhbərləri və elmi şura üzvlərinin müzakirə predmetinə çevrilib. Adıçəkilən yekun sənəd yekdilliklə qənaətbəxş dəyərləndirilib.Elmi şura iclasında cari məsələlərdən- “Xidmət mühəndisliyi” fakültəsinin bundan sonra “Sosial menecment” fakültəsi adlandırılması, ATMU-nun əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi,i.ü.f.d., Fərhad Pənahov və i.ü.f.d,dos. Elmira Qocayevanın (magistratura pilləsi) “Marketinqin müasir problemləri”, “Menecment” kafedrasının müəllimi Yasəmən Abasovanın (bakavariat pilləsi) “Strateji menecment”adlı fənn proqramlarının çapa tövsiyyə edilməsi, Azərbaycan Turizm və Menecment Universitetinin əyani və qiyabi doktorantları- Tural Həsənzadənin, Rasim Manafovun, Şahmir Yadigarovun, Elnur İsayevin, İsmayıl Muradovun, Mirfərəc Abbasovun,Mahir Süleymanlının, Şahin Musayevin, Nərmin Göyüşlünün, Ləman Babayevanın, Azərbaycan Turizm və Menecment Universitetinin dissertantları Gülnar Həsənovanın, Enes Güney İkram oğlunun, Faina  Qaçabəyovanın, Səbinə Musayevanın dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqinə dair Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması təklifi səs çoxluğu ilə  qəbul olunub.Elmi şura iclasında irəli sürülən rəy və təkliflərin nəzərə alınması  tövsiyyə edilib.

424 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…