ATMU nümayəndələri Litvada növbəti təlimdə iştirak ediblər

25 Noyabr 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri 18-22 noyabr 2019-cu il tarixlərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində baş tutmuş təlimlərdə iştirak ediblər.

ATMU-nu təmsil edən universitetin Tədris-metodiki şöbəsinin müdiri Simnar Mamedov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova beş gün davam edən təlimlərdə keyfiyyətin ümumi idarə edilməsi (TQC) konsepsiyası, planlaşdır‐icra et‐yoxla‐tədbir gör (PDCA) modeli, probləmlərin həlletmə üsulları, dəyişikliklərin idarə edilməsi mövzularını əhatə edən seminarların iştirakçısı olublar. Təlimlər əsnasında Litvanın İqtisadi Məsləhət və Tədqiqat Qapalı Səhmdar Cəmiyyətinin təhsil ekspertləri Alvidas Punis və Laura Senkeviciutenin təqdimatında benefisiar universitetlərdə tətbiq olunacaq QPR proqram təminatı portalından istifadə haqqında iştirakçılara məlumat veriblər. Bundan başqa təlim iştirakçıları SMK Sosial Elmlər Tətbiqi Universitetinin nümayəndəsi xanım Inga Juknyte-Petreikiene tərəfindən keçirilən təlim-tədris yönümlü praktiki təlimlərdə gündəliyə daxil edilən tapşırıqların icra olunmasında yaxından iştirak ediblər.

Təlimin yekununda təlim və tədbirləri əks etdirən videoçarx nümayiş olunub. Layihənin növbəti mərhələsində qazanılan təcrübə əsasında ATMU-da müəllim və inzibati heyət üçün təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur

46 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…