Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi şurasının növbəti iclası keçirilib

27 Noyabr 2019
Author :  

Universitetin rektoru İlham Mədətov iclasın gündəliyinə “Qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə-çıxışların daxil edildiyini diqqətə çatdırdı. “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı t.e.n.,dos. Bahadur Bilalov, “Sosial menecment” fakültəsinin dekanı f.e.n.,dos. Kənan Allahverdiyev, ”Biznes idarəçiliyi” fakültəsinin dekanı səlahiyyətlərini icra edən i.ü.f.d. Vüqar Nəzərov qış imtahan sessiyasının uğurlu təşkili və başa vurulması istiqamətində görüləcək işlərə aydınlıq gətirdilər. İqtisad elmləri namizədi dosent Arzu Hüseyn “Menecment” kafedrasının fəaliyyətini əks etdirən illik hesabat- məruzəsində rəhbərlik etdiyi kafedranın fəaliyyətində diqqətçəkən yeniliklərdən danışdı. Tədbir iştirakçılarından elmi şuranın gündəliyindəki cari məsələlərdən-i.ü f.d.Camal Hacıyevin iqtisadiyyat kafedrasının dosenti vəzifəsinə təyin edilməsinə münasibət bildirmələri təklif olundu. Elmi şuranın noyabrın 27-də keçirilən iclasında qərara alındı ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ili üzrə qış imtahan sessiyasına hazırlığın vəziyyəti, “Menecment” kafedrasının illik hesabatı qənaətbəxş qiymətləndirilsin. Təklif,irad və tövsiyyələr nəzərə alınsın. “İqtisadiyyat” kafedrasının baş müəllimi, i.ü.f.d.Camal Hacıyev kafedranın dosenti vəzifəsinə təyin edilsin.

38 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…