ATMU-da "Narkomaniyaya yox deyək" adlı tədbirlər davam edir

02 Dekabr 2019
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin "Narkomaniyaya yox deyək" tədbirlər planının davamı olaraq, Universitetin II korpusun da, Sosial menecment fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Sosial iş ixtisasının tələbələrinə "Narkomaniya-könüllü ölüm" adlı elmi seminar keçirilmişdir.
Seminarın açılışını Sosial menecment fakültəsinin dekanı dosent Kənan Allahverdiyev etdi. Kənan müəllim ölkəmizdə və dünyada bu problemdən əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyası üçün gənclərin, xüsusilə Sosial iş tələbələrinin bu sahədə ixtisaslaşmalarının vacibliyinə toxundu.

Daha sonra Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Rüfət Malikəjdərli Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” və bu Proqramda qeyd olunan xüsusi məqamları tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, bu mövzuda mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi və tələbələrin bu mövzuda maarifləndirilməsi vacib addımdır.

Tədbirin gedişində narkomaniya asılılığı üzrə konsultant, həmçinin Universitetimizin tələbəsi Fərrux Ələkbərzadə narkotik vasitələrin hazırlanması, onların növləri və bu bəlaya düçar olmuş şəxslərin sağlamlıqlarının bərpası ilə bağlı məlumatları tələbələrin və digər iştirakçıların nəzərinə çatdırıb.

Daha sonra "Gənclərin Sağlamlıq Mərkəzi"-nin direktoru, kimyəvi asılılıq üzrə mütəxəssis və konsultant Kənan Hacıyev narkotik vasitələrin aludəçisi olan şəxslərin reabilitasiyası və sağlamlıqlarının bərpasında psixoloji amillərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, lahiyə formasında təşkil edilən bu tədbirin ikinci hissəsi dekabr ayının ikinci həftəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin tədbirin yekununda aidiyyəti orqanların da iştirakı ilə tədbir iştirakçıları sertifikatla təltif ediləcəklər.

14 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…