ATMU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

27 Dekabr 2019
Author :  

Universitetin rektoru İlham Mədətov dünya azərbaycanlılarının həmrəyliyinin dövlət səviyyəsində bayram edilməsinin ümummilli lider Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biri olduğunu deyib. Diqqətə çatdırılıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Ulu Öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Davamlı yüksəliş yolunun bir millət olaraq həmvətənlərimizin monolit birliyindən keçdiyini vurğulayan rektor deyib: “Dünyanın hansı bucağında yaşamasından asılı olmayaraq əksər soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən islahatlar paketi və qazanılan nailiyyətlərlə fəxr edirlər”.

Hər bir ölkənin strateji məqsədləri sırasında ixtisaslı kadr hazırlığı prosesinin olduqca məsuliyyətli və şərəfli vəzifə olduğunu qeyd edən rektor İ.Mədətov ATMU-da bu ənənənin hər zaman qorunub saxlanacağına əminliyini bildirib.

167 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…