ATMU-da Elmi Şuranın iclası keçirilib.

29 Dekabr 2019
Author :  

27 dekabr 2019-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın iclası keçirilib. ATMU-nun rektoru Ilham Mədətov Elmi şura üzvlərinin diqqətinə çatdırıb ki, iclasın gündəliyinə Elmi-tədqiqat işlərinin yekun hesabatı və (Məruzəçi: N.Nəsirli) , “İctimai fənlər” kafedrasının illik hesabatı (Məruzəçi İ.Əliyev) və cari məsələlər daxil edilib. Universitetin “Elm və innovasiya” şöbəsinin müdiri Nəsrulla Nəsirli elmi-tədqiqat işlərinin yekun hesabatına dair məruzəsində qeyd edib ki,elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarılmasından ibarətdir. Müasir texniki tərəqqi əsrində insanlar öz həyatlarında elmin rolunu və dəyərini daha aydın anlayırlar.Elə bu səbəbdən elmi–tədqiqat işlərinin aparılmasına, ətraf mühit haqqında daha çox məlumatın əldə edilməsinə, maddi rifahın yüksəldiməsinə xidmət edən yeni texnologiyaların yaradılmasına xüsusi fikir verilir.Elmi bilik elmi–tədqiqat prosesi sayəsində qazanılır. Tədqiqat işləri bilik istehsalının hərəkətverici qüvvəsi ,elmi–tədqiqat fəaliyyətinin əsas təşkiledicisi kimi qnoseoloji sistemdə konkretləşərək “tədqiqatçı–tədqiqat vasitəsi–tədqiqat obyekti” formatını alır. N.Nəsirli daha sonra diqqətə çatdırıb ki, “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” layihəsi Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirən sənəddir.

Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən strategiya sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması

şərti ilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim edir.

“Elm və innovasiya”şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Nəsirulla Nəsirli 2019-cu təqvim ilində ATMU-nun kafedralarında yerinə yetirilən elmi-tədqiqat işlərinin ümumi qanunauyğunluqları, forma və metodları, əsas prinsipləri və tərtib olunma metodikası haqqında da rəy və təkiliflərini bildirib.

Elmi şura iclasının gündəliyinə müvafiq olaraq ATMU-nun “İctimai fənlər” kafedrasının müdiri,t.e.n.dos.İbrahim Əliyevin adıçəkilən strukturun son bir ildəki fəaliyyətinə dair təqdimat-məruzəsi dinlənilib. Rektor İlham Mədətov elmi şura üzvlərini 2019-cu ildə nəzərdə tutulan universitet əhəmiyyətli bir sıra məsələlərin uğurla həllini tapdığını deyib. ATMU ailəsinə səmərəli fəaliyyət ili arzulayıb.

Elmi şuranın gündəliyindəki məruzələr əlavə və təkliflər nəzərə alınmaqla qənaətbəxş hesab olunub.

136 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…