ATMU-da 2019/2020-ci tədris ilinin qış imtahan sesiyasına start verilib.

17 Yanvar 2020
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin qış imtahan sesiyasına 29 dekabr 2019-cu il tarixindən start verilib.

Tədris işləri üzrə prorektor, professor Zaur Bağırov Təhsil naziri Ceyhun Bayramovun ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmrinə əsasən ATMU-da imtahan sessiyasının müvafiq qaydalar əsasında təşkil olunduğunu, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edildiyini, imtahan sessiyasının mövcud təhsil qanunvericiliyinə müvafiq keçirildiyinini diqqətə çatdırıb. Təhsil müəssisəsindəki imtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə araşdırılmasının təmini məqsədilə zəruri tədbirlərin görüldüyünü, eyni zamanda müəllimlərin tələbələrlə dərsdənkənar məşğələlər keçirməsinin effektivliyindən danışıb. Professor Z.Bağırov daha sonra qeyd edib ki, qış imtahan sessiyası dövründə 2005 nəfərdən çox təhsilalan imtahan verəcək.Onlardan 1743 nəfəri bakalavr, 262 nəfəri isə magistrantdır. 2019-2020-ci tədris ilinin ilk imtahan sessiyasında imtahanlar yazılı,təqdimat və şifahi formada keçirilir. Tələbələrin biliklərini ifadə edə bilmələri üçün maksimum şərait yaradılıb, imtahan zalında proseslərin şəffaflığının təmini məqsədi ilə nəzarətçilər təyin edilib. İmtahan prosesində baş verə biləcək neqativ halların qarşısının alınmasından ötrü imtahan qərargahı və apelyasiya komissiyası fəaliyyət göstərir.

Bundan başqa ATMU-da “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC, “Polad Group” şirkəti, “Pullman Baku Oteli”, “The Prime Group”, “Millenium Tourism” və “Flame Tour” turizm şirkətlərinin rəhbər şəxsləri, universitetin məzunları və tələbələrin valideynlərinin iştirakı etdiyi “açıq qapı” günündə bildirilib ki, 2019/2020-ci tədris ilinin qış imtahan sesiyası fevral ayının 3-də başa çatacaq.

284 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…