ATMU müəllimləri EQAC layihəsinin təlimlərində

27 Yanvar 2020
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi, Menecment və İngilis dili kafedralarının müəllimləri Bakı Biznes Universitetində (BBU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” layihəsi çərçivəsində təlimlərə qatılıblar. Beləliklə,“Turizm işinin təşkili” ixtisası üzrə ATMU-da icrasına start verilən pilot layihənin təmsilçiləri - Samirə Əmirova, Rəna Ağasıyeva, Cabir Feyzullayev və Fuad Cabbarov Litvanın SMK Tətbiqi Sosial Elmlər Universitetinin təhsil eksperti xanım İnga Juknyte-Petreikienin apardığı təqdimat-sessiyalarda Avropanın təhsil təcrübəsi ilə tanışlıq imkanı qazanıblar.

ATMU əməkdaşları “Tələbə yönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə” adlı sessiyalar zamanı verilən praktik tapşırıqların icrası mərhələsində şəxsi tədris metodoloqiyalarını diqqətə çatdırıblar. Pilot layihə üzrə keçirilən təlimdə ATMU-nun yeni sillabus forması xanım Juknyte-Petreikie tərəfindən yüksək qiymətləndirilib.

91 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…