ATMU komandası birinci oldu

30 Yanvar 2020
Author :  

Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı

29.01.2020-ci il tarixində 5 nömrəli Bakı peşə liseyində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı keçirilmişdir. Təşkil olunmuş yarışda, ATMU komandası ilə yanaşı digər Univerisitet və peşə məktəbləri müxtəlif nominasiyalar üzrə rəqabət aparmışdır. ATMU-nu forumda Sosial menecment fakültəsi Qida mühəndisliyi ixtisasının iki tələbəsi- Mətanət Pənahova, Gülnur Nağıyeva və Turizm və Qonaqpərvərlik fakültəsinin Turizm otelçilik ixtisasının 3-cü kurs tələbəsi Səidə Məmmədova təmsil etmişdir. Komandamız festivala beş fərqli şirniyyatla (ənənəvi paxlava, badambura, kəsmikli kökə, xurmalı kala və balqabaqlı çizkeyk) qatılmışdır. Qeyd edək ki, ATMU komandası "Müasirlik" nominasiyası üzrə birinci yerə layiq görülmüşdür. Tələbələrin festivalda iştirakını Mehmanxana və restoran biznesi kafedrasının müdiri p.e.n., dos. Novruz Quliyev və Karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova təşkil etmişdir.

94 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…