ATMU-da qış imtahan sessiyası uğurla davam edir

31 Yanvar 2020
Author :  

Yanvarın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı”günü keçirilib.

Rektor İlham Mədətov ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən ATMU-da qış imtahan sessiyasının təşkilini şərtləndirən zəruri tədbirlərin icrasından ətrafli bəhs edib.Daha sonra diqqətə çatdırılıb ki, Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2019-cu il 6 dekabr tarixli əmrinə əsasən ATMU-da ötən ilin dekabr ayının 29-dan start alan qış imtahan sessiyası fevralın 3-də başa çatacaq. Universitetdə qış imtahan sessiyasının təşkili işlərinin mütəşəkkil, operativ, eyni zamanda nəzarətin yüksək səviyyədə həyata keçirilməsi üçün İmtahan Nəzarət qrupu yaradılıb. Yazılı imtahanların nəticələri növbəti, şifahi imtahanların nəticələri isə həmin gün elan edilir

İ.Mədətov tələbələrin müraciətlərinə anındaca baxılması məqsədilə universitet rəhbərliyi, tələbə ictimai təşkilatları və ictimaiyyət nümayəndələrindən ibarət İmtahan Qərargahının və apellyasiya komissiyasının fəaliyyətindən söz açıb. Apellyasiya komissiyasına daxil olan müraciətlərin nəticəsindən tələbələr narazı qaldığı təqdirdə, həmin şikayətlərə yenidən baxılması üçün müxtəlif ixtisaslı mütəxəssislərin cəlb edildiyini deyib.

Söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat alan “Açıq qapı” iştirakçıları rektor İlham Mədətovla birlikdə imtahanların gedişini izləyiblər.

ATMU-keçirilən növbəti “Açıq qapı” günündə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Mado” restoranlar şəbəkəsi, YARAT Müasir İncəsənət Məkanının səlahiyyətli nümayəndələri, həmçinin məzunlar və tələbələrin valideynləri iştirak ediblər.

ATMU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası uğurla davam edi

111 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…