Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib.

17 Fevral 2020
Author :  

14 fevral 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “ATMU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasının yekunları” (məruzəçi: tədris-metodiki şöbənin müdiri Simnar Mamedov), “ATMU-da 2019/2020-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti” (məruzəçi: tədris işləri üzrə prorektor Zaur Bağırov), cari məslələrdən- Doktoranturanın yaradılması, qəbul qaydaları, doktorantura təhsilinin məzmunu və təşkili haqqında yeni qaydalara müvafiq olaraq əlavə və dəyişikliklər edilmiş Əsasnamənin təsdiq edilməsi (məruzəçi: elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli) haqqında məruzə və çıxışların daxil edildyini bildirdi.

Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov “ATMU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasının yekunları” haqqında məruzəsində diqqətə çatdırdı ki, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun 24 dekabr 2019-cu il 451 saylı əmrinə müvafiq olaraq qış imtahan sessiyasının təşkili üzrə komissiya yaradılıb. 2019/20-ci tədris ilinin qış imtahan sessiyası 2019-cu ilin 29 dekabrından 2020-ci ilin 3 fevral tarixilərinədək keçirilib. Qış imtahan sessiyasında nəzarətin effektivliyini və eyni zamanda neqativ halların qarşısının alınması məqsədilə 28 nəfərdən ibarət xüsusi nəzarət qrupu yaradlılıb. I növbədə keçirilən imtahanların yoxlanılması və nəticələrinin açıqlanması həmin gün, II növbədə keçirilən imtahanların yoxlanması və nəticələrin açıqlanması isə növbəti iş günü ərzində həyata keçirilib. İmtahan yoxlamalarının təşkili və nəticələrin əsas imtahan vərəqlərinə köçürülməsi prosesinə nəzarət tədris metodiki şöbə tərəfindən həyata keçirilib.S.Mamedov qeyd edib ki, ümumi intizamın saxlanılması, yoxlama zamanı kənar müdaxilələrin qarşısının alınması və şəffaflığın təmini məqsədilə səmərəli bilinən üsullardan istifadə olunub. Sessiya müddətində biznes idarəçiliyi fakültəsi üzrə 242 (183 bakalavr, 59 magistratura), turizm və qonaqpərvərlik fakültəsi üzrə 281 (181 bakalavr, 100 magistratura), sosial menecment fakültəsi üzrə isə 235 (136 bakalavr, 99 magistratura) imtahan keçrilib.Sessiya müddətində köçürməyə cəhd hallarının qarşısı nəzarət qrupu tərəfindən alınıb.

Bildirim ki,imtahanların şəffaf və düzgün təşkilinə baxmayaraq tələbələr arasında imtahanların nəticələrindən təbii ki, narazı qalanlar da olur. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun 24 dekabr 2019-ci il 451 saylı əmrinə müvafiq olaraq imtahanların nəticəsindən narazı qalan tələbələrin şikayətlərinin mövcud

qaydada araşdırılması və həll edilməsi məqsədilə vahid apellyasiya komissiyası yaradılıb. Apellyasiya komissiyasında 267 ərizəyə baxılıb.

Tədris işləri üzrə prorektor Zaur Bağırov “ ATMU-da 2019/2020-ci tədris ilinin yaz semestrinə hazırlığ”ın vəziyyətinə dair çıxışında zəruri tədbirlərin icmal-təqdimatını diqqətə çatdırıb.

Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli isə “Doktoranturanın yaradılması, qəbul qaydaları, doktorantura təhsilinin məzmunu və təşkili haqqında yeni qaydalara müvafiq olaraq əlavə və dəyişikliklər edilmiş Əsasnamənin təsdiq edilməsi” adlı sənədin əhəmiyyəti və təhsil müəssisəsinin qarşında duran vəzifələrin başlıca konturlarını detallı şərh edib.

ATMU Elmi şurasının iclasında gündəliyə daxil edilən məruzə və çıxışlar qənaətbəxş hesab edilib. Əlavə və təkliflərin nəzərə alınması tövsiyyə olunub

94 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…