ANA DİLİMİZ - MƏNƏVİ SƏRVƏTİMİZ

24 Fevral 2020
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” mövzusunda tədbir olub.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun Baş Konfransı tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edilib. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Bu il 21 fevral tarixinin mövzusu sərhədsiz dillər adlanır. Qeyd olunan mövzunun gündəmə alınması ölkələr arasında dil sədlərinin aradan qalxmasına, dil və mədəni müxtəlifliyin təbliğinə xidmət edir.

ATMU-nun ictimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı, dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova ana dilimizin inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar.Məruzə və çıxışlarda xüsusi vürğulanıb ki, hələ XVI əsrdə Səfəvilər dövründə Azərbaycan dili geniş vüsət alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə -1918-ci il 27 iyun tarixində- imzalanmış qərarla ana dili dövlət dili elan olunub. Ümummilli lider Heydər Əliyevin dəmir iradəsi sayəsində 58 ildən sonra Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi təsbit edilib, habelə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub,Prezident İlham Əliyev tərəfindən mənəvi sərvətimizə böyük qayğını şərtləndirən bir sıra-“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”-sərəncamlar imzalanıb.” Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur”fikri tədbirin ana xətti kimi diqqətdə saxlanılıb.

”Ana dilimiz-mənəvi sərvətimiz” adlı tədbirdə universitet tələbələri ana dilimizi vəsf edən şeirlərlə çıxış ediblər.Tədbir Bəxtiyar Vahabzadənin “Ana dilim”adlı şeirinin şairin səsində təqdimatı ilə başa çatıb.

313 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…