Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elmi Şurasının onlayn iclası keçirilib

03 İyun 2020
Author :  

Universitetin rektoru, elmi şuranın sədri, İlham Mədətov iclasın gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında 2020-ci il 18 may 179 nömrəli Qərarını və Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli 01-11-522/15 saylı məktubunu nəzərə alaraq ATMU-da 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili haqqında və cari məsələlər daxil olduğunu qeyd edib. İ.Mədətov pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlərdən bəhs edib. Yaz imtahan sessiyasının təşkili məsələlərinə aydınlıq gətirib. Rektor eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və gündəmdəki digər vacib məsələlərdən də danışıb. Bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə görülən qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atılıb.

Tədris metodiki şöbənin müdiri Simnar Mamedov 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb. İclasın yekununda Elmi Şura üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 18 may 179 nömrəli Qərarına, Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli 01-11-522/15 saylı məktubuna və Təhsil Nazirliyinin 31.05.2020-ci il tarixli 04-11-549/15 saylı imtahanların təşkili ilə bağlı razılıq məktubuna müvafiq olaraq ATMU-da 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkil edilmə qaydadaları təsdiq edilib.

Həmçinin iclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edili

139 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…