Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib. ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “dəyirmi masa”da çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb.Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sinələrini sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzi sayılır. Aparat rəhbəri xatırladıb ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirməklə ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacarığını nümayiş etdirib. Bu faciə zamanı xalqımızın vahid bir Azərbaycan milləti kimi düşmənə qarşı çiyin-çiyinə birləşdiyini bütün dünyaya bildirib.ATMU-nun İnkişaf məsələləri üzrə prorektoru İranə Əliyeva, İctimai fənlər kafedrasının  dos., Məhərrəm Zülfüqarlı  qeyd ediblər ki,  Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildi. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.Tədbidə universitet tələbələrinin 28 il əvvəl azadlığa təşnə olan Azərbaycanda rus imperiyasının törətdiyi qanlı faciəni xronoloji  ardıcıllıqla diqqətə çatdırdılar.Qeyd etmək lazımdır ki ATMU-da 20 Yanvar ərəfəsində və tədbir zamanı sənədli və bədii əsərlərdən ibarət sərgi təşkil olunub. ATMU Media-da Yanvar hadisəsinin baş verdiyi və sonrakı günləri əks etdirən videoçarx yayınlanıb.

Azərbaycan Turizm və Menecment Universitetində elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi istiqamətində 10 kafedra və 1 şöbə (Tədqiqat və İnkişaf) fəaliyyət göstərir. Bu qurumlarda elmi potensiallı 10 elmlər doktoru və 103 elmlər namizədi çalışır.ATMU-nun “Tədqiqat və  inkişaf “şöbəsinin bölmə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədova 22 dekabr 2017-ci il tarixində ali təhsil müəssisəsində cari ilin elmi tədqiqat işlərinin yekunlarına həsr olunan ümumuniversitet konfransında qeyd etdi ki,universitet əməkdaşları müxtəlif elm sahələri üzrə 10 elmi istiqamətdə 53 elmi-tədqiqat işi aparır. Elmi-tədqiqat işlərinin əksəriyyəti Azərbaycan Respublikasında tarixi-mədəni və rekreasiya potensialının, rekreasiya turizminin inkişaf etdirilməsinin strateji istiqamətlərinin, marketinq mühitinin yaradılması və yeni marketinq strategiyalarının tətbiqi xüsusiyyətlərinin və Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif aspektlərdən araşdırılması və onun turizm sferasında təmsil edilməsi problemlərinin tədqiqinə həsr olunub.

 Daha sonra diqqətə çatdırılıb ki, 2017-2020-ci illəri əhatə edən mövzu planına uyğun olaraq kafedralarda hesabat ili daxil olmaqla ATMU-da Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında tarixi-mədəni və rekreasiya potensialının tədqiqi; Turizm sahəsində dövlət siyasətinin prioritret istiqamətlərini nəzərə almaqla qonaqpərvərlik sənayesinin inkişafı; Effektiv menecment vasitəsilə təşkilatların davamlı inkişafının optimal mexanizmlərinin qurulma prosesi; Sosial sahələrdə yeni marketinq modellərinin yaradılması istiqamətləri; Turizm sektorunun investisiyalaşdırılması və maliyələşdirilməsi problemləri; Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında turizm sahəsi üçün kadr hazırlığının təkmilləşdirilməsi; Müxtəlif dil fənlərinin tədrisi prosesində informasiya kommunikasiya texnologiyalarından istifadə; Azərbaycanda mədəni turizmin inkişafında humanitar aspktlərin araşdırılması; Azərbaycan Respublikasının milli təhlükəsizliyinin etnosiyasi amilləri; Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına dair araşdırmalar uğurla davam etdirilir.

Bundan başqa dissertasiya mövzuları üzrə 46 nəfər doktorant araşdırma aparır.

Hesabat dövründə Tədqiqat və İnkişaf şöbəsində 9 tədqiqat layihəsi həyata keçirilib. Onlardan 5-də tədqiqat tam şəkildə aparılıb, 4 layihə üzrə arayış hazırlanaraq müvafiq təşkilatlara təqdim edilib.

ATMU üzrə hesabat dövründə kafedralardan alınan məlumata əsasən 117 respublika , 35 ədəd beynəlxalq səviyyəli jurnalda elmi tədqiqat nəticələrini özündə əks etdirən məqalə çap edilib.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, harada yaşamasına baxmayaraq dünya azərbaycanlılarının birlik və həmrəyliyinin dövlət səviyyəsində bayram  edilməsi  ümummilli lider Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.  Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Davamlı yüksəliş yolunun bir millət olaraq həmvətənlərimizin monolit birliyindən keçdiyini deyən rektor İ.Mədətov  “Avropada, Asiyada,  Amerikada və dünyanın digər guşələrində yaşayan soydaşlarımızın vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izlədiklərini, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mühüm quruculuq işləri və qazanılan nailiyyətlərlə fəxr etdikləri” fikrini xüsusi vurğulayıb.Azərbaycanın bütün  dünyada barış və sülh ölkəsi kimi tanındığını, müxtəlif illərdə tarixləşən mötəbər tədbirlərə uğurla ev sahibliyi etdiyini detallı faktlarla isbatlayıb. Hər bir ölkənin strateji məqsədləri sırasında  ixtisaslı kadr hazırlığı prosesinin olduqca məsuliyyətli və şərəfli vəzifə sayıldığını qeyd etməklə bərabər, Azərbaycan üzrə ilklərə imza atan Turizm və Menecment Universitetində bu ənənənin hər zaman qorunub saxlanacağına əminliyini bildirib.

Rektor çıxışının sonunda professor-müəllim, inzibatı və tələbə heyətini qarşıdan gələn  bayramlar münasibətilə təbrik edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təşkil olunan tədbir universitet tələbələrinin tərtib etdikləri musiqi çələngi ilə  başa çatıb.

Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasının təşkilatçılığı ilə “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri üçün“Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib.

Rektor İlham Mədətov təhsil, uğurlu karyeraya sahiblənmək məqsədini həyat amalı kimi dəyərləndirən ATMU tələbələrinə düzgün seçimdə yanılmayacaqlarına əmin olduğunu bildirib. Universitet tələbələrinə turizm sənayesinin ixtisaslı kadrları kimi yetışmələri yolunda təhsil uğurları arzulayıb. 

“Turizm biznesi”kafedrasının müdiri Bahadur Bilalov rəhbərlik etdiyi  strukturun fəaliyyəti,tədris olunan fənlər barədə məlumat verib. Kafedra əməkdaşları tərəfindən hazırlanan dərs vəsaitlərini təqdim edib. ATMU məzunlarından “Turizm biznesi” kafedrasının müəllimi  Elnarə İsmayılova və “SAYAHAT Health and Travel company”nin təsisçisi Tərlan Quliyev, Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin sektor müdiri Seymur Həsənov, “Turizm biznesi” kafedrasının baş müəllimi, “Bakı tur” agentliyinin direktoru Əlixan Mürvətov şəxsi təcrübələrinə əsaslanıb, tələbələrə  karyera qurmaq üçün bir neçə  xarici dil bilməyi, nəzəri və təcrübi biliklərə yiyələnməyi tövsiyyə ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

1 -dən səhifə 20

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…