18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakının Sahil Parkında “Novruz Festivalı 2019” adlı tədbir keçirilib. Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri – Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə, o cümlədən  Azərbaycan Turizm və Menecment Universitetindən 10 tələbə iştirak edib. Şənlik iştirakçılarına könüllü mədəni xidmət göstərdiklərinə görə həmin tələbələrə təşkilatçılar tərəfindən “Təşəkkürnamə” təqdim olunub. Azərbaycan Turizm və Menecment Universitetinin Tədris İşləri üzrə prorektoru Hüseyn Həsənov ATMU kollektivi adından onları təbrik edib, təhsil uğurları arzulayıb. Sonda tələbələrlə xatirə şəkli çəkilib.

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsi “Turizm və otelçilik” ixtisasının I kurs tələbələri növbəti seminar dərsini “New Baku” və “Opera” otellərində keçiblər. Seminar-məşğələdən əvvəl müvafiq ixtisas tələbələrinə adıçəkilən otellərin işləmə prinsipləri və xidmət fəaliyyəti barədə ətraflı məlumat verilib. “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü ilə keçirilən seminar-məşğələdə başlıca məqsəd gələcək turizmçilərdə seçdikləri ixtisasa böyük maraq oyatmaqdan ibarət idi. Qeyd edək ki, seminar məşğələlərin digər otellərdə də keçirilməsi qərara alınıb.

Paytaxt Buxarest şəhərində “Rumıniya 100: Avropa qlobal sosial-iqtisadi məzmunda” adlı beynəlxalq simpozium keçirilib. Ölkənin Artifex Universitetinin və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə təşkil olunan beynəlxalq tədbirdə  Belarus, Bolqarıstan, İtaliya, Moldava,Rusiya, Serbiya,  Ukraynanın müvafiq ali təhsil müəssisələri və Elmlər Akademiyası nəzdindəki institutların çoxsaylı alim-mütəxəssisləri iştirak edblər. Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi isə “Rumıniya 100: Avropa qlobal sosial-iqtisadi məzmunda” adlı beynəlxalq simpoziumun 696 səhifəlik xüsusi buraxılışında öz məqalələri ilə təmsil olunublar. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) marketinq kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elmira Qocayevanın bildirdiyinə görə ümumiyyətlə gündəmdəki beynəlxalq elmi tədbirlərdə müəllim və tələbələrin məqalələrlə deyil,konkret iştirakı nəzərdə tutulur.

28 mart 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  “Biznes idarəçiliyi” fakultəsi Menecment kafedrasının təşkilatçılığı,İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının təşəbbüsü ilə “Amazonla Qazan - gənclər arasında elektron ticarət alətlərindən istifadə etməklə özünəməşğulluğun artırılması” mövzusunda təlim keçirilib.  “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov və menecer Ayxan Qədəşov adıçəkilən fakültə tələbələrini elektron ticarət platformalarında qeyri-neft ixracı üzrə artımın dəstəklənməsi,o cümlədən konkret istiqamətdə görülən işlərlə tanış ediblər.Gələcək turizimçilər təlim proqramı çərçivəsində, həmçinin “Amazon”və “Alibaba” kimi nəhəng elektron ticarət platformalarının uğurlu fəaliyyəti əsasında müstəqil biznes şəbəkəsinin qurulmasına dair detallı informasiya imkanı əldə ediblər.ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin təlim proqramında fəallığı ilə fərqlənən 40 tələbəsinə sertifikatlar təqdim olunub.

1 -dən səhifə 25

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…