18 aprel 2019 cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Biznes İdarəçiliyi fakultəsinin İqtisadiyyat kafedrası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə “Kapital bazarı vasitəsi ilə maliyyələşmə və listinq” adlı seminar keçirilib. Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin Kapital bazarına nəzarət idarəsinin aparıcı analitiki Tural Eyvazlı,  Bakı Fond Birjasının Ticarət və üzvlük qrupunun aparıcı mütəxəssisi Mətin Yolçuyev və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndəsi Əli Hüseynlinin təqdimat- çıxışları ali təhsil müəssisəsinin müvafiq ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb. “Kapital bazarının iştirakçıları və alətləri”, “İnvestisiya qiymətli kağızları”, “Kapital bazarlarında maliyyələşmə”, “İnvestisiya xidmətlərinin növləri və emitentləri”nə dair nəzəri və praktik mövzulu təqdimatlar geniş fikir mübadiləsi şəraitində başa çatıb. Tədbirin sonunda adıçəkilən qurum tərəfindən universitetdə seminar-təqdimatların  vaxtaşırı təşkili qərara alınıb.

18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakının Sahil Parkında “Novruz Festivalı 2019” adlı tədbir keçirilib. Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri – Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə, o cümlədən  Azərbaycan Turizm və Menecment Universitetindən 10 tələbə iştirak edib. Şənlik iştirakçılarına könüllü mədəni xidmət göstərdiklərinə görə həmin tələbələrə təşkilatçılar tərəfindən “Təşəkkürnamə” təqdim olunub. Azərbaycan Turizm və Menecment Universitetinin Tədris İşləri üzrə prorektoru Hüseyn Həsənov ATMU kollektivi adından onları təbrik edib, təhsil uğurları arzulayıb. Sonda tələbələrlə xatirə şəkli çəkilib.

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları üçün ERASMUS+ EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirilmişdir. Tədbirdə ATMU-nun rektoru İlham Mədətov, rektor müşaviri Elvin Yusifli, layihə rəhbəri Flora Ələsgərova, ATMU-nun tərəfdaşı olduğu Bakı Biznes Universitetinin layihə meneceri Gülşən Bayramova, həmçinin layihə üzvləri və ATMU əməkdaşları iştirak edirdi.Tədbirin həyata keçirilməsində məqsəd layihənin iş planına uyğun olaraq, universitetin əməkdaşlarını EQAC layihəsi və Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirilmiş İsveç, Vilnüs və London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar: sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etmək, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Qrant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədəki problemlərin həlli yollarının müzakirəsindən ibarət idi.Tədbirdə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” qanunu haqqında məlumat verilmişdir.Diqqətə çatdırılmışdır ki, həmin sənəd təhsilin keyfiyyətinin ölçülməsi meyarlarına müvafiq beynəlxalq standartlara - Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinə uyğun hazırlanmışdır. Sənəd təhsilin 8 fərqli səviyyəsi, o cümlədən bakalavr, magistr və fəlsəfə (və elmlər) doktoru səviyyələri üçün deskriptorları müəyyən etmişdir. Milli Kvalifikasiyalar Çərçivəsi qarşıdakı illərdə təhsilin keyfiyyətinin artırılması prosesində istifadə olunacaq əsas qanunvericilik aktlarından biri hesab olunur.Müzakirələr zamanı tədrisdə keyfiyyətin ümumi prinsipləri, kompetensiyalar və təlim nəticələri, maraqlı tərəflərin müəyyən edilməsi və rəylərinin öyrənilməsi metodları, təlim nəticələrinin, tədrisin, mənimsəmənin və qiymətləndirmə metodlarının əlaqələndirilməsinə dair məqalələrin beynəlxalq jurnallarda çap olunması məsələləri detallı müzakirə olunmuşdur. Layihənin məqsədi, Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və beynəlxalq standartlara uyğunlaşdırılması, təlim-səfərlər dövründə qazanılmış bilik və bacarıqlar barədə layihənin üzvləri E.Yusifli, F.Ələsgərova və S.Məmmədov iştirakçılara geniş məlumat vermişlər.

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsi “Turizm və otelçilik” ixtisasının I kurs tələbələri növbəti seminar dərsini “New Baku” və “Opera” otellərində keçiblər. Seminar-məşğələdən əvvəl müvafiq ixtisas tələbələrinə adıçəkilən otellərin işləmə prinsipləri və xidmət fəaliyyəti barədə ətraflı məlumat verilib. “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü ilə keçirilən seminar-məşğələdə başlıca məqsəd gələcək turizmçilərdə seçdikləri ixtisasa böyük maraq oyatmaqdan ibarət idi. Qeyd edək ki, seminar məşğələlərin digər otellərdə də keçirilməsi qərara alınıb.

1 -dən səhifə 76

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…