Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları və eyni zamanda doktorantları Humay Cəfərli və Sənubər Qənbərova Türkiyənin Kocaeli şəhərində keçirilən “Turizm, İqtisadiyyat və Biznes elmləri üzrə II Beynəlxalq Konqres”ində iştirak ediblər. Humay Cəfərli “Qloballaşma kontekstində biznes turizmin tərifi və faydaları” mövzusunda etdiyi məruzəsində biznes turizminin ictimai əhəmiyyəti, müsbət və mənfi təsiri, MICE konsepti, biznes turizmi üçün əsas bazar, biznes səyahətin subsistemləri, iş səfərlərinin məqsədləri və biznes turizm sənayesinin çoxtərəfli infrastrukturu məsələlərinə toxunub. Sənubər Qənbərova isə “Azərbaycanda turizmin inkişafında milli mətbəxin rolu” adlı məruzəsində ölkəmizdə turizmə dövlət qayğısı kontekstində milli mətbəximizin əhəmiyyətli rolunu detallı faktlara iştirakçıların diqqətinə çatdırıb. Bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verib.Plenar iclasla işə başlayan tədbir öz fəaliyyətini müxtəlif bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, konqres Kartəpə bələdiyəsi, Kocaeli Universiteti və Nobel Bilik və Araşdırma Mərkəzinin maliyyə dəstəyi vasitəsilə təşkil edilib. Konfrans əsnasında ATMU-nun doktorantları xarici ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə ediblər.“Turizm, İqtisadiyyat və Biznes elmləri üzrə II Beynəlxalq Konqres”in işinə 13 ölkədən 100-dən çox tədqiqatçı qatılıb. Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Noyabrın 6-da "Baku IdeaLab" platformasının təmsilçiləri Azərbaycan Turizm və Menecment Universitetinin “Xidmət mühəndisliyi” fakültəsində təhsil alan tələbələrlə görüşüblər.Tədbirdə müəyyən platformanın "Dreamers' Lab" adlandırılan təşəbbüsü ilə bağlı ətraflı məlumat verilib. Proqramın başlıca məqsədi sosial layihələrin idarəedilməsi sahəsində istedadlı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi,  o cümlədən təşəbbüskarlığa maraqlarının artırılmasından ibarətdir.Onu da qeyd edək ki, proqram çərçivəsində ətraf-mühit, urbanistika, gender bərabərliyi, incəsənət, ictimai sağlamlıq, turizm və əhatə edən sair mövzulu ideyaların gerçəkləşməsinə kömək məqsədilə zəruri biliklərin tədrisi də nəzərdə tutulub.Müsbət haldır ki, xidmətlərin planlaşdırılması, idarə olunması və digər  mövzulara dair praktik təlimlər Azərbaycan, Ukrayna və Gürcüstandan olan gənc təşəbbüs qruplarının üzvləri, sosial və biznes sahələrinin tanınan ekspertləri tərəfindən aparılacaq.Xarici müstəqil ekspertlər, araşdırmaçılar və dövlət qurumlarının nümayəndələri isə qonaq və təlimçi kimi dəvət olunacaqlar.

Oktyabrın 30-dan noyabr ayının 4-nə kimi Çin Xalq Respublikasının paytaxtı Pekində Dünya Bankının, Çin İnkişaf Bankının və Çin Sosial Elmlər Akademiyasının müştərək təşkilatçılığı ilə 500-ə yaxın iqtisadçının qatıldığı “Yeni erada yoxsulluğun azaldılması” adlı beynəlxalq forum keçirilib. Tədbirin gündəliyinə “Dayanıqlı inkişafın təmin edilməsində mümkün islahatlar”. “Yoxsulluğun azaldılmasında xarici təcrübələr” və “Yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlıq” məsələləri daxil idi.  Müzakirələr Dünya Bankının Prezidenti Cim Yonq Kim, Beynəlxalq Valyuta Fondunun Vitse-Prezidenti Devid Lipton və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının Sədri Xose Qraziano De Silvanın rəhbərliyi ilə keçirilib. Adıçəkilən beynəlxalq forumda ökəmizi AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, Azərbaycan Turizm və Menecment Universiteti “İqtisadiyyat” kafedrasının müəllimi Əkbər Hüseynov təmsil edib. “Azərbaycanda Yoxsulluğun azaldılması istiqamətləri” mövzusuna həsr etdiyi təqdimat- çıxışı zamanı Ə.Hüseynov “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının əhəmiyyəti və büdcə xərclərinin yoxsulluğa təsirinin ekonometrik hesablamalarından çıxan nəticələrə analitik mövqe sərgiləyib.“Yeni erada yoxsulluğun azaldılması” mövzusunda keçirilən beynəlxalq forum iştirakçıları Çin hökümətinin yoxsulluğun azaldılması yolunda son on ildə gördüyü işlər və yaratdığı yeni infrastrukturlarla yaxından  tanışlıq məqsədilə ölkənin Şenzen, Honq-Konq Şanxay, Zuanqzou şəhərlərində olublar.Qeyd edək ki, Əkbər Hüseynov ÇXR-da 2016-cı ildə keçirilən “Gənc tədqiqatçıların iqtisadi məsələlər üzrə beynəlxalq seminar”da , ötən il “Bir kəmər - bir yol (One belt one road)” ölkələrinin iqtisadi inkişaf və enerji təhlükəsizliyi əməkdaşlığı” adlı beynəlxalq konfransda iştirak edib.

Respublikamızın ali məktəbləri sırasında dünyanın nüfuzlu universitetləri və beynəlxalq qurumları ilə əməkdaşlıq müqaviləsi imzalayanlardan biri də Azərbaycan Turizm və Menecment Universitetidir. Qeyd edək ki,müvafiq əməkdaşlıq müqavilələrində ortaq elmi proqramların, konfransların təşkili ,eləcədə müəllim- tələbə mübadiləsi ilə yanaşı, tələbə mobilliyinin genişləndirilməsi məsələsidə nəzərdə tutulur. Litvanın Vilnüs şəhərində Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlimlərə ATMU nümayəndələri də qatılıblar.Təlimlərə Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində start verilib. Tədbirin növbəti mərhələsinin isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkili nəzərdə tutulub. Ali təhsildə keyfiyyət təminatı üzrə tanınan mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndənin olduğu bildirilir. “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkazlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində öz işini uğurla  davam etdirən təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsində tədris işləri üzrə prorektor, p.e.d. İranə Əliyeva, layihənin ATMU üzrə meneceri i.ü.f.d. Flora Ələsgərova, “Keyfiyyət təminatı” bölməsinin rəhbəri Simnar Mamedov təmsil edirlər. Təlimlərin təşkilində başlıca məqsəd Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması ilə yanaşı, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir.Təlimlər noyabr ayının 11-dək davam edəcək.

1 -dən səhifə 35

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…