Son xəbərlər (199)

Martın 29-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 Mart Azərbaycanlıların Soyqrımı Gününə həsr olunan “Tarixin görünən və görünməyən üzü” mövzusunda tədbir keçirilib.ATMU-nun mətbuat xidmətidən verilən xəbərdə bildirilib ki,ali təhsil müəssisəsinin Heydər Əliyev lektoriyasının rəhbəri, İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini bir millətə qarşı soyqırımı olduğunu deyib.Qeyd edilib ki, 100-il əvvəl- martın 31-də baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən vandalizmin, faciənin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Qırğınların davam etdiyi müddətdə saysız-hesabsız insan, o cümlədən təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb. Mart qırğınları zamanı ermənilər hətta qədim binaları, ziyarətgahları, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib.Zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqırımı və deportasiya siyasətini geniş təhlilinə əsaslanan bu tarixi sənəddə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilib. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Sənəddə ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulub, mərhələlərlə törədilən soyqırımı və terror siyasəti əsaslı əksini tapıb.Məhərrəm Zülfüqarlı detallı məruzəsində vətən tarixinə qanla yazılan növbəti soyqırım-mart qırğınlarında ermənilər tərəfindən Şamaxının 75 kəndinin yerlə-yeksan edildiyini deyib.Bildirilib ki, Şamaxı və qonşu kəndlərdə törədilən soyqırımına dair yeddi cild, 925 səhifədən ibarət araşdırma- arxiv materialları təkcə bu bölgədə törədilən qətliamların statistik baxımdan miqyasından xəbər verir. Şamaxıya hələ martın ortalarında iki min erməni əsgəri və silah-sursat yüklü 60 maşının göndərilməsi əvvəlcədən qırğına hazırlıq aparıldığına sübutdur. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmur, əksinə, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva universitet tələbələrinə vətən tarixini dərindən öyrənib,.xalqımızın tarixi taleyi ilə bağlı məsələlərdə vətəndaş mövqeyi sərgiləməyi tövsiyyə edib.Diqqətə çatdırılıb ki,Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərancamlarına əsasən ali təhsil müəssisəsi olaraq cari  tədris ilində AXC-nin 100-illiyinə həsr olunan silsilə tədbirlərin təşkili qərara alınıb. 31 Mart Azərbaycanlıların soyqrımına həsr olunan tədbir ”Tarixin görünən və görünməyən üzü”adlı sənədli filmin nümayişi ilə  başa çatıb.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Sosial iş 10: Nəticələr və perspektivlər” adlı tədbir keçirilib. Azərbaycanın ali təhsil məkanında bakalavr hazırlığı  səviyyəsində müvafiq ixtisaslı kadr hazırlığının 10 illiyinə həsr olunan tədbirdə başlıca məqsəd ölkəmizdə sosial işin səmərəli təşkili və icrası istiqaməti üzrə alınan  nəticələrin peşəkarlar səviyyəsində perspeklivliyini  nəzərdən keçirmək   idi. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva, Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda  Vəzirova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, “Qızıl Aypara” cəmiyyətinin, "Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım" ictimai birliyinin səlahiyyətli nümayəndələri, həmçinin Azərbaycan Turizm və Menecmenti, Bakı Dövlət  Universiteti və  “Azərbaycan”  Universitetinin  sosial iş ixtisası üzrə təhsil alan tələbələri  iştirak ediblər. “Sosial iş 10:Nəticələr və perspektivlər”adlı tədbir universitet tələbələrinin müəllifliyi ilə empatiya mövzusuna həsr olunan filmin nümayişi ilə başa çatıb.  

Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının birgə təşkilatçılığı ilə turizm sahəsində çalışan  işçilər və universitet tələbələr üçün “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda iki günlük təlimlər təşkil olunub.Marketinq kafedrasının müdiri Anar Eminov qonaqları salamlayaraq təlimin məqsədi haqqında məlumat verib və qeyd edib ki, “Turizm sənayesində fəaliyyət göstərən və ya kariyerasını bu istiqamətdə quracaq tələbələr daim müvafiq sektorda yeni innovativ yanaşmaları izləməli, beynəlxalq standartlara, tələblərə cavab verəcək şəkildə fəaliyyətlərini planlamalıdırlar. Bir ölkənin turizm gəliri həmin ölkəyə turist tələbi ilə düz mütənasibdir. Turist tələbinə təsir edən turizm potensialı hər bir ölkədə müəyyən qədər əhəmiyyətli dəyər hesab olunur. Deməli, başlıca vəzifə turizm potensialının  tələbinə uyğun ixtisaslı kadr şəbəkəsinin formalaşdırılmasına nail olub, yüksək keyfiyyətli turizm xidməti halına gətirməkdən ibarətdir. Məhz bu baxımdan turizm təhsilinin günümüzdə artan önəmi diqqəti çəkir. Əks təqdirdə beynəlxalq turizm bazarından gələn gəlirlər heç bir zaman istənilən səviyyəyə çatmayacaqdır. Çünki keyfiyyətli şəkildə istehsal olunmayan turizm məhsulu istehlakçılar tərəfindən rəğbət görməməkdədir və dolayısı ilə də rəqabət şansı yoxdur.“Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, təlimin növbəti günündə Azərbaycan Respubliksının Prezidentinin sərəncamına əsasən  tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasına müvafiq olaraq skype vasitəsilə xarici ekspertlərin mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub. Bu da universitetin tədris sisteminə yeni tətbiq etdiyi “Boston Modelinin” tərkib hissəsidir.Təlimdə Türkiyədən ekspert qismində dəvət olunan Azmi Arslan “Turizmdə yeni markaların yaradılması” mövzusunda çıxış edərək təlim iştirakçılarını yeni marka strategiyalarının qurulması metodları ilə tanış edib. Bununla yanaşı Azersun Holding Süd Məhsulları qrupunun marketinq şöbəsinin müdiri Elşən Əmirov “Qastronomik turizmdə yeni məhsul strategiyaları”, xarici ekspert qismində Bilge Işıkkent  “Turizm faaliyeti için ülkenin geografik konumunun, avantaj/dezavantaj”, ATMU-nun əməkdaşı, həmçinin sənaye təmsilçisi, ekspert Uğur Babayev  “Turizm yatırımları ve turistlerin beklentileri, güvenlik, temizlik, hizmet kalitesi, beslenme uyumu, v.s.” mövzularında çıxış edib.Təlimin sonunda iştirakçıların rəyləri, təklifləri nəzərə alınıb və daha fəal  iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

15 mart 2018-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin “Turizm və otelçilik”ixtisası üzrə ingilis qrupunda oxuyan tələbələri ilə Türkiyə Respublikasının Kapadokya Universitetinin tələbələri arasında “Turizm marketinqi üzrə dünya təcrübəsi” mövzusunda veb-seminar keçirilib. Seminarın əsas məqsədi tələbələrə keçirilən “Marketinqin əsasları”üzrə fənn biliklərinin daha dərindən mənimsənilməsinə xidmət edən  müvafiq istiqamətli təcrübələrin hər iki  ölkənin timsalında öyrənilməsi və mübadiləsi idi. Seminarda “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov, dekan müavini Flora Ələsgərova, “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev, Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və Marketinq kafedrasının müdiri Anar Eminov iştirak edib.Seminarı giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və Türkiyə Respublikasının Kapadokya Universitetinin təmsilçisi Gülçin Tekin açıb. Veb-seminarda ATMU-nun müəllimi,həmçinin seminarın təşkilatçısı Aqil Vəliyev və Kapadokya Universitetinin professoru Kurtuluş Karamustafa təqdimatlarla çıxış ediblər. Qeyd etmək lazımdır ki, tədbirdə hər iki ali təhsil müəssisəsinin tələbələri tərəfindən ingilis dilində hazırlanan təqdimatlar bütün iştirakçılar tərəfindən  maraqla  qarşılanıb. Veb-seminara fikir mübadiləsi şəraitində başa çatıb.

4 -dən səhifə 50

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…