Son xəbərlər (199)

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ”Qadın ehtiram və qayğıya layiqdir” adlı tədbir keçirilib.   ATMU-nun rektoru İlham Mədətov kollektivin qadin əməkdaşlarını bayram münasibətilə təbrik etdikdən sonra dedi: Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi ən böyük dəyər ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi oldu. Bu bir faktdır ki, qadınlar ailədə və cəmiyyət həyatında böyük qüvvədir. Deməli,təqvim ilində təkcə bir gün- martın 8-də deyil, hər zaman qadınlar ehtiram və qayğıya layiqdirlər. Ölkəmizdə Azərbaycan qadınının elmi,pedaqoji, milli-yaradıcılıq fəaliyyətinə yüksək dəyər verildiyini önə çəkən İ.Mədətov bu ənənənin Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla isbatladı.Bayram tədbirində ATMU-nun struktur rəhbərləri Azərbaycan xanımlarının cəmiyyət həyatında Qadın ana-Qadın vətəndaş mövqeyindən, leksikonumuzda vətənə ana deyiminin səbəbsiz işlənilmədiyindən söz açdılar.  Universitetin qadın əməkdaşlarını 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib,şəxsi həyatlarında və fəaliyyətlərində uğurlar arzuladılar.  

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bugün  Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsinin tələbələri üçün Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin əməkdaşları tərəfindən “Cümhuriyyətin Azərbaycan uğrunda mübarizəsi” mövzusunda mühazirə saatı təşkil olunub. Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, Elmi Mədəni Mərkəzinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Qənirə Pirquliyeva və Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin  direktor müavini Təranə Babayeva məruzə-çıxışlarında qeyd ediblər ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.Məruzə-çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulub.Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olub. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılıb. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı fəaliyyətə başlayıb.1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dili dövlət dili elan edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət struktur təsdiq edilib. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxıb.Cümhuriyyət dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, polyak, fars, alman və qeyri dillərdə çap olunan qəzet və jurnallarda  təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, Elmi Mədəni Mərkəzinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Qənirə Pirquliyeva məruzəsinin sonunda qeyd etdi ki, Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı Müasir Müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu təsdiqlədi. 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının iclası keçirilib.  ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, iclasın gündəliyinə “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr,o cümlədən cari məsələlər daxil edilib. Tədris işləri üzrə prorektor İranə Əliyeva  “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzəsində qeyd edib ki, universitetdə 3 fakültə üzrə keçirilən imtahanlarda bakalavr pilləsində təhsil alan 1595 nəfər tələbədən 1555-i, magistr pilləsində isə 164 nəfərdən 159-u imtahan sessiyasında iştirak edib. Yazılı imtahan nəticələrinin operativliyini təmin etmək məqsədilə universitetin professor-müəllim heyəti ilə yanaşı, sənayenin tanınmış nümayəndələrinin də yaxından iştirakı səmərəli olub. Sessiya müddətində imtahan qərargahı ilə bərabər,  appelyasiya komissiyasnın fəaliyyəti yekun baldan narazı tələbələrin hazırlıq səviyyəsinin düzgün qiymətlədirilməsinə imkan verib.ATMU Elmi Şurasının 27 fevral 2018-ci il tarixindəki iclasında prorektor İranə Əliyevanın “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzəsi qənaətbəxş qiymətləndirilib, müzakirə zamanı irəli sürülən təklif və tövsiyyələrin tədrisin keyfiyyət əmsalı prizmasında həyata keçirilməsi məqsədəuyğun sayılıb. Cari məsələlər səsvermə yolu ilə təsdiq olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakültəsi, ATMU-nun “Marketinq” kafedrasının əməkdaşları və tələbələri Baku Business  Factory-də (BBF)  layihə yarışmasında iştirak ediblər. Layihələrin son dəyərləndirmə mərhələsində ATMU əməkdaşlarını qəbul edən Baku Business Factory-nin (BBF) İdarə Heyətinin sədri Anar Əskərov ölkə prezidentinin qeyri-neft sektoruna göstərdiyi diqqətdən danışaraq bu tip layihə yarışlarının iqtisadi sektora müsbət təsir edəcəyini qeyd edib. ATMU-nun “Marketinq” kafedrasının müdiri Anar Eminov ilk növbədə müasir turizm təhsilinin planlaşdırılmasında universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq layihə yazılışının təşkili, eləcə də tələbələrin bu sahədə təcrübə qazanmasının əmək bazarında özlərini, ideyalarını lazımi şəkildə təqdimetmə qabiliyyətlərini artırdığını bildirib. ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev isə universitet-sənaye əməkdaşlığının hər iki tərəf - həm təhsil, həm də sənaye üçün üstünlüklərindən, xüsusilə turizm sektoru üçün bu formatda əməkdaşlığın daha da effektiv olmasından bəhs edib.İki gün davam edən layihə dəyərləndirməsi nəticəsində ATMU-nun IV kurs tələbələri Cəmilə Quliyeva, Ülvi Ramazanov, Ceyhun Məmmədov, Əli Nəcəfovun hazırladıqları “BOUTA” 4 ulduzlu butik otelin layihələndirilməsi və əsaslandırılması proyekti birinci yerə layiq görülüb.Sonda BBF-in layihə meneceri Rəşad Məmmədov tərəfindən Azərbaycan Turizm və Mencement Universitetinin layihə üzrə koordinatoru, “Marketinq” kafedrasının müəllimi Uğur Babayevə təşəkkürnamə, tələbələrə birincilik diplomları təqdim edilib.

5 -dən səhifə 50

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…